Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-313/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9-Məmmədova Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Tələbkar X2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-218/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarından tələbkar X6 tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2016-cı il tarixli qərarından iş üzrə tələbkar X6 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli işə xitamın ləğvi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra iş üzrə tələbkar X6 ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icraatda olan 8(004)-313/2024 saylı iş üzrə Binəqədi rayon İcra şəbəsinin icra məmuru X4 icra edilməyən və ya qsimən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsini, məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X1 rayon İcra şəbəsinin icra məmuru X4 icra edilməyən və ya qsimən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi haqqında qərarın ləğv edilməsini və icra hərəkətlərinin davam etdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra məmuru, icra işi üzrə borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2015-ci il tarixli, 2(102)-4800/2015 saylı qərardan görünür ki,cavabdeh Rüstəmova Gülçiçək Mirabbas qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-3236/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-218/2014 saylı, xx.xx.2014-cü il tarixli irca sənədinə əsasən X2 13 yanvar 2009-cu il təvəllüdlü X3 və 16 mart 2024-cü il təvəllüdlü X7 ilə ünsiyyəti həftədə iki dəfə, yəni hər həftənin şənbə və bazar günləri saat 13:00-dan 18:00-dək həyata keçirilməlidir. “Azemis” Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-218/2014 saylı, xx.xx.2014-cü il tarixli irca sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən icra sənədini vermiş məhkəməyə qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılması əsasları öz əksini tapmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İlk növbədə nəzərə alınmalıdır ki, istər ailə qanunvericiliyində, istərsə də bu münasibətləri tənzimləyən bütün digər aktlarda hər şeydən öncə uşaqların hüquq və mənafelərinin üstün tutulması bütün fiziki və hüquqi şəxslər, dövlət orqanları, o cümlədən məhkəmələr üçün ən mühüm vəzifələrdən biri kimi təsbit olunmuşdur. Bundan irəli gələrək qeyd edilməlidir ki, uşaqları ilə mütəmadi olaraq ünsiyyətdə olmaq valideynlərin hüququ olduğu kimi, eynilə öz valideynləri ilə davamlı ünsiyyətdə olmaq da uşaqların bu sahədə olan hüquqlarından birini təşkil edir. Heç bir uşaq öz valideynləri arasında olan anlaşılmazlıq və ya digər səbəblərdən dolayı bu hüquqlarını həyata keçirməkdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması üçün əsas olmuş hallar öz əksini tapmışdır. Müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında qərar qəbul etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan hallar icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması üçün əsas ola bilməz və bu baxımdan qeyd edilən qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4 xx.xx.2022-ci il tarixli “icra edilməyən və ya qsimən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarı ləğv edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-218/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-313/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-313/2024
06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver