Məhkəmə qərarları › İş №8(004)-314/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-314/2024

31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-314/2024 31.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-244/2024 nömrəli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-244/2024 nömrəli icra vərəqəsinə əsasən Borclu xx.xx.2017-ci il tarixli 001346 nömrəli bank xidməti haqqında müqavilə və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli 5 saylı əlavə (KM021T10170002 nömrəli) üzrə yaranmış 1795,09 manat əsas borc, sazişin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə hesablanmış 1331,44 manat faiz borcu, 100 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə xx.xx.2023-cü il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 263,28 manat faiz borcu və iş üzrə ödənilmiş 73,13 manat dövlət rüsumu olmaqla, cəmi 3.562,94 (üç min beş yüz atmış iki manat doxsan dörd qəpik) manat pul tutularaq tələbkar LPO Tələbkar ASC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev xx.xx.2024-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, borclu icra sənədi üzrə borcun könüllü ödənilməsi təmin etməmişdir. Könüllü icra üçün müəyyən olunmuş vaxt ərzindən borclu icra sənədini icra etməmiş və hazırkı vaxta kimi borcunu ödəməmişdir. Bu səbəbdən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. İcra işi üzrə borcluya, tələbkara və təqdimatı təqdim edən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun təqdimatını və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədi üzrə borcun ödənilməsini təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, icra sənədinə əsasən ödənilməli olan pul vəsaiti könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən ödənilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibatiiqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsasən, “İcra haqqında” Qanunun 3.1, 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-244/2024 nömrəli icra vərəqəsinin icrasını təmin etmək üçün borclu - ünvan 1 ünvanda qeydiyyatda olan, xx.xx.1973cü ildə Ermənistan Respublikası Masis rayonunda doğulmuş Borclu (FİN xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar