Məhkəmə qərarları › İş №8(004)-316/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-316/2023

18.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-316/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2973/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı əmlak üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl İsmayılov Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2973/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Daha sonra Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə, ərizəni, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təqdimatın geri qaytarılmasını tənzimləyən norma olmadığından məhkəmə hesab edir ki, bu halda qanunun analogiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olduğu halda məhkəmə hesab edir ki, Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevin təqdimatın geri qaytarılması barədə məktubuna əsasən, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2973/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı əmlak üzərinə həbs qoyulması barədə təqdimatı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2973/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar