Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-317/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi ilə, Tələbkarın nümayəndəsi X1, Borclu və Yasamal rayon icra şöbəsinin icra məmuru X2 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-431/2022 saylı, 12.01.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına baxaraq, Müəyyən etdi: Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-431/2022 saylı 12.01.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar 14.05.1980-ci il tarixdə anadan olan və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 21.02.2022-ci il tarixli qərarla icraata başlanmış Yasamal Rayon Məhkəməsinin 2(004)-431/2021 saylı, 12.01.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 5500 manat məbləğındə pul vəsaiti tutularaq Tələbkar oğlunun xeyrinə ödənilməlidir. İş üzrə Borclu könülü müəyyən olunmuş vaxtda borcun ödənilməsi üçün bildiriş göndərilməsinə , sifahi xəbərdarlıq edilməsinə baxmayaraq ,borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırtmışdır.Bu səbəbdən borcun ödənilməsi təmin ediləmişdir. Məhkəmə qararı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməyi üçün və ölkədən getmək hududlarının tək etmək ehtimalı nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahış etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon icra şöbəsinin icra məmuru X4 təqdimatın məzmununa uyğun izahat verərək, borclu tərəfindən könüllü icra müddətində hər hansı ödəniş edilmədiyini, elektron icra sistemindən çıxarışdan da göründüyü kimi ölkə ərazisini tez-tez tərk etdiyini nəzərə alaraq, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X3 izahatatında bildirdi ki, Yasamal Rayon Məhkəməsinin 12.01.2022-ci il tarixli icra sənədi üzrə Borclu 5500 manat məbləğındə pul vəsaiti tutularaq tələbkar həyat yoldaşı Tələbkar oğluna verilməlidir. Əslində məbləğdə də borcluya güzəştə gedilmiş, ancaq icarə haqqları tələb edilmiş, kommunal xərclər östənilməmişdir. Həmin 5500 məbləğində borcdan hər hansı ödəniş edilməmişdir. Ona görə də təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, ondan 5500 manat məbləğındə pul tutularaq Tələbkar oğluna verilməlidir. Hal-hazıradək borcdan hər hansı məblə ödəməmişdir. Təqdimatın təmin edilməsinə etiraz etmir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir.Təqdimatda göstərilənləri və icra işində olan məlumatları nəzərə alaraq və qeyd olunan qanunlara əsaslanaraq məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-431/2022 saylı, 12.01.2022-ci il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, 2(004)-41/2022 saylı, 12.01.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan 21.02.2022-ci il tarixli bildirişdən görünür ki, borclu icra sənədinin 10 gün ərzində könüllü icra barədə, əks halda məcburi icra tədbirlərinin keçiriləcəyi barədə məlumatlandırılmışdır. İcra işindən görünür ki, borclu tərəfindən hər hansı ödəniş edilməmişdir. Odur ki, təqdimat təmin edilməlidir. QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-431/2022 saylı, 12.01.2022-il tarixli icra sənədinin icrası məqsədilə, 14.05.1980-ci il tarixdə anadan olan və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-317/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-317/2022
25.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver