Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-317/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3930/2021 nömrəli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X2 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3930/2021 nömrəli qətnaməsi üzrə borcun ödənilməsinin icra məmuru tərəfindən onun aylıq məvacibinin 50%-i miqdarına yönəldilməsinin dəyişdirilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, hazırda “Səfəf” restoranında ofisiant işləyir. Qətnamə üzrə borcundan hissə-hissə 550 manat ödəmişdir. İcra məmuru ilə razılıq əldə etmişdir ki, qalan borcunu hər ay hissə-hissə tələbkara ödəyəcəkdir. Bu səbəbdən ərizəsinin geri qaytarılmasını xahiş edir. İcra sənədi üzrə tərəflərə və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Tələbkar işə nümayəndəsinin iştirakı olmadan baxılmasına dair məhkəməyə məktub göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, icra sənədinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X1 ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3930/2021 nömrəli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X2 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-317/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-317/2023
25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver