Məhkəmə qərarları › İş №8(004)-32/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-32/2024

24.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-32/2024 24.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X14 oğlunun katibliyi, X1, X1 vəkili X2, Borclu, Borclu nümayəndəsi və vəkili X10 iştirakı ilə, X4 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2020-ci il tarixli qərarından verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2020-ci il tarixli qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-6136/2014 nömrəli qətnaməsinə əsasən iddiaçı X7 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. Sözügedən qətnamənin icrası ilə əlaqədar olaraq xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərar qəbul edilmişdir. X4 hərbi xidmətə getdikdən sonra ərizəçinin anası, icra işi üzrə tələbkar X12 vəfat etmişdir. X4 hərbi xidmətdən qayıtdıqdan sonra Borclu onu evə buraxmır. Bununla da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-6136/2014 nömrəli qətnaməsinin icrasına maneələr yaradılır. Göstərilənlər nəzərə alınmaqla, şikayət ərizəsinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən X4 ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili X5 ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi və vəkili X13 ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-6136/2014 nömrəli qətnaməsinin surəti əlavə edilmişdir. İş materiallarına Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-535/2023 nömrəli və xx.xx.2020-ci il tarixli 2(102)-4693/20 nörməli qərarları əlavə edilmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-6136/2014 nömrəli qətnaməsinə əsasən iddiaçı X7 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. Yəni, sözügedən icra işi üzrə tələbkar mərhum X12 çıxış etmişdir. Qətnamənin nəticə hissəsində yetkinlik yaşına çatmayan uşaqların da köçürülməsinin qeyd edilməsinin hüquqi əsası “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində müəyyən edilmiş dispozitiv əsaslar çıxış edir. Həmin normaya əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırki iş üzrə ərizəçi X3 Leyla Rasim qızının övladıdır və 23 yaşı vardır, yəni, qətnamə çıxarılan vaxt (2014-cü ildə) 14 yaşı olsa da, hazırda artıq yetkinlik yaşına çatmışdır. Məhkəmə hesab edir ki, müvafiq icra işi üzrə X4 tərəf olmadığından onun Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2020ci il tarixli qərarını mübahisələndirməyə subyektiv hüququ yoxdur. Məhkəmə ərizəçiyə izah edir ki, onun müvafiq subyektlərə qarşı eyni tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmənin qəbul edəcəyi qərara müvafiq olaraq icra hərəkətlərinin həyata keçirilməsi mümkün hesab edilə bilər. Hazırki icra sənədi üzrə isə X11 prosessual tərəf (tələbkar, borclu) deyildir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-535/2023 nömrəli və xx.xx.2020-ci il tarixli 2(102)-4693/20 nörməli qərarlarına əsasən müəyyən edilir ki, X6 mübahisə predmeti olan yaşayış sahəsində hüququ (istifadə) olmamış hesab edilərək qeydiyyatdan çıxarılmışdır. Yəni, ərizəçinin sözügedən mənzilə dair hər hansı hüququ mövcud deyildir. Mülkiyyətçinin mülkiyyət hüquqlarının qeyri-legitim əsaslarla məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, hüquq normaları konkret və müəyyən olmaqla bütün subyektlərə eyni qaydada tətbiq olunmalı, məhkəmənin əsassız mülahizəsi ilə geniş mənada və ya səhv təfsir edilməməlidir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2020-ci il tarixli qərarından verilmiş ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar