Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-321/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2(113)-2559/2023-053 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tələbin həmin əmlaka yönəldilməsi üçün iş üzrə Borclu mülkiyyətində olan Vibrating feeder ZSW300X90 1 ədəd, Jaw crusher PE500X750 1 ədəd, Hammer crusher PC800x600 2 ədəd, Vibrating screen 2YA1548 1 ədəd, XSD-2610 XSD-2610 1 ədəd, LSX-920-LSX-920, Burner, X11, Barrel 1 ədəd, Dryer 1500*1500 Dust Catcher, Air blower, X6, Roller assembly, drive parts 1 ədəd, Bucket elevator D300x9M 1 ədəd, D200X8.5M 1 ədəd, Belt Conveyor B1-B650x14M 1 ədəd, B2=6500x4M 1 ədəd, B3-B650x14M 1 ədəd, B4- B500x15M 3 ədəd, Switch BOX AN Control panel Motor of main unit, Motor of blower, motor of classifer, MTM grinding mill MTM 130 Electormagnetic vibrating feeder model: G23F X6 daşınar əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2559/2023-053 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu, "xxxx" MMC, X1 19488.68 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X12 Bakı Filialının xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat cavabdehlər Tələbkar, X5 və Borclu müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-96/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 519/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 10800.00 (on min səkkiz yüz) manat əsas borc, 108 (yüz səkkiz) manat cərimə tutularaq "Aqrolizinq” ASC-yə ödənilməli, müqavilə ləğv edilərək lizinq obyekti olan texnikalar saz vəziyyətdə geri qaytarılmalıdır. İddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 26 manatı cavabdeh X3 tutularaq "Aqrolizinq” ASCyə verilməlidir, 4 manatı isə "xxxx" ASC-yə aid edilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı ünvanına bildiriş göndərilmiş, borclu bildirişi imza etməklə qəbul etmişdir. İcraat zamanı məlum olmuşdur ki, Vibrating feeder ZSW300X90 1 ədəd, Jaw crusher PE500X750 1 ədəd, Hammer crusher PC800x600 2 ədəd, Vibrating screen 2YA1548 1 ədəd, XSD-2610 XSD- 2610 1 ədəd, LSX-920-LSX- 920, Burner, X11, Barrel 1 ədəd, Dryer 1500*1500 Dust Catcher, Air blower, X6, Roller assembly, drive parts 1 ədəd, Bucket elevator D300x9M 1 ədəd, D200X8.5M 1 ədəd, Belt Conveyor B1=B650x14M 1 ədəd, B2=6500x4M 1 ədəd, B3-B650x14M 1 ədəd, B4- B500x15M 3 ədəd, Switch BOX AN Control panel Motor of main unit, Motor of blower, motor of classifer, MTM grinding mill MTM 130 Electormagnetic vibrating feeder model: G23F X6 Borclu mülkiyyətindədir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edir. İcra işi üzrə tələbkara, icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə edilmiş: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2559/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, iddia qismən təmin edilərək, cavabdehlər Tələbkar, X5 və X2 müştərək qaydada 16253,05 manat (on altı min iki yüz əlli üç manat beş qəpik) əsas borc, 3186,39 manat (üç min yüz səksən altı manat otuz doqquz qəpik) faiz borcu, 49,24 manat (qırx doqquz manat iyirmi dörd qəpik) dövlət rüsumu olmaqla, cəmi 19488,68 (on doqquz min dörd yüz səksən səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində pul X12 Bakı Filialının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat cavabdehlər "O.M Logistics and Supply Company” Məhdud Məsuliyyətli Cəmiyyəti, X5 və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarının surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2559/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu, Tələbkar MMC və X4 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişinin surətindən görünür ki, Borclu icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə bildirişi almışdır. Borclu xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2559/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-519/2014 saylı, xx.xx.2014-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-96/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etməyə imkanı yoxdur. Mülkiyyətində olan qeyd edilən daşınar əmlakların - “xırdalama və üyütmə üçün maşınlar" hamısı onun mülkiyyətindədir və istifadəsindədir və onun saxlancındadır. İstənilən vaxt təqdim etməyə hazırdır. Odur ki, tələbi həmin əmlaklara yönəldilməsini, onların üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edilməsini, qiymətləndirərək hərrac yolu ilə satılmasını xahiş edir. Həmin avadanlıqlar Goranboy rayonu, Safıkür kəndində “Barit” zavodundan yerləşir. 1. Vibrating feeder ZSW300X90 1 ədəd 2. Jaw crusher PE500X750 1 ədəd 3. Hammer crusher PC800x600 2 ədəd 4. Vibrating screen 2YA1548 1 ədəd 5. XSD-2610 XSD-2610 1 ədəd 6. LSX-920 - LSX-920, Ocaq, İsti partlayış qızdırıcısı, Barel 1 ədəd 7. Quruducu 1500*1500 Toz Tutucu, Hava üfürücü, X7, Rolik assembly, drive parts 1 ədəd 8. Bucket elevator D300x9M 1 ədəd, D200X8.5M 1 ədəd 9. Belt Conveyor B1=B650x14M 1 ədəd, B2=6500x4M 1 ədəd, B3=B650x14M 1 ədəd, B4=B500x15M 3 ədəd 10. BOX AN İdarəetmə paneli Əsas blokun mühərriki, Üfleyicinin mühərriki, təsnifatçının mühərriki 11. MTM üyüdmə dəyirmanı MTM 130 Elektromaqnit titrəyişli qidalandırıcı modeli: G23F Elektrik idarəetmə Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da, icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus Vibrating feeder ZSW300X90 1 ədəd, Jaw crusher PE500X750 1 ədəd, Hammer crusher PC800x600 2 ədəd, Vibrating screen 2YA1548 1 ədəd, XSD-2610 XSD-2610 1 ədəd, LSX-920-LSX-920, Burner, X11, Barrel 1 ədəd, Dryer 1500*1500 Dust Catcher, Air blower, X6, Roller assembly, drive parts 1 ədəd, Bucket elevator D300x9M 1 ədəd, D200X8.5M 1 ədəd, Belt Conveyor B1-B650x14M 1 ədəd, B2=6500x4M 1 ədəd, B3-B650x14M 1 ədəd, B4-B500x15M 3 ədəd, Switch BOX AN Control panel Motor of main unit, Motor of blower, motor of classifer, MTM grinding mill MTM 130 Electormagnetic vibrating feeder model: G23F X6 adlı daşınar əmlakların üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan Vibrating feeder ZSW300X90 1 ədəd, Jaw crusher PE500X750 1 ədəd, Hammer crusher PC800x600 2 ədəd, Vibrating screen 2YA1548 1 ədəd, XSD-2610 XSD-2610 1 ədəd, LSX-920-LSX-920, Burner, X11, Barrel 1 ədəd, Dryer 1500*1500 Dust Catcher, Air blower, X6, Roller assembly, drive parts 1 ədəd, Bucket elevator D300x9M 1 ədəd, D200X8.5M 1 ədəd, Belt Conveyor B1-B650x14M 1 ədəd, B2=6500x4M 1 ədəd, B3-B650x14M 1 ədəd, B4-B500x15M 3 ədəd, Switch BOX AN Control panel Motor of main unit, Motor of blower, motor of classifer, MTM grinding mill MTM 130 Electormagnetic vibrating feeder model: G23F X6 adlı daşınar əmlakların üzərinə həbs qoyulsun. Qərardadın Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-321/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-321/2024
29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver