Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-324/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynvova Yağmur Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh2, İcra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1536/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1536/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X2 məxsus Bakı şəhəri, Yasamal rayon, X9 küçəsi, ev 192 ünvanında yerləşən 104 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 46 m2 olan, 1 otaqlı təmirli 1 mənzil verilməli və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməli, Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 192 ünvanında yerləşən 86 saylı mənzilin əvəzinə yeni tikilən binada hər birinin sahəsi 84 m2 olmaqla, cəmi 168 m2 oln 3 otaqlı təmirli 2 mənzil verilməli və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməli, Cavabdeh5 məxsus Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 192 ünvanında yerləşən 97 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 46 m2 olan, 1 otaqlı təmirli 1 mənzil verilməli və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməli, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 192 ünvanında yerləşən 76 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 57 m2 olan 2 otaqlı və sahəsi 35 m2 olan 1 otaqlı, cəmi 92 m2 təmirli yeni 2 mənzil verilməli və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh7 Süleyman qızına Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 192 ünvanında yerləşən 72 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 84,5 kv.m. olan, 3 otaqlı təmirli yeni 1 mənzil verilməli və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün onlara 700 manat kirayə haqqı ödənilməli, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 192 ünvanında yerləşən 85 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 84 kv.m. olan, 3 otaqlı təmirli yeni 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməlidir, köhnə binanın sökülüb, ərazinin təmizlənməsi İddiaçınə həvalə edilməli, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsində yerləşən 192 saylı binadan cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı və Cavabdeh2 çıxarılmalıdır. Hazırda Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1536/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə X4 və X5 şikayət ərizəsi ilə şöbəyə müraciət edərək bildirmişlər ki, icra sənədində mənzillərdən çıxarılmalı olan borcluların arasında onların adları qeyd olunmamış və onların yaşadıqları mənzillərdən çıxarılması məhkəmə qərarına ziddir. Eyni zamanda Cavabdeh2 və X6 şöbəyə müraciətlərində bildirirlər ki, məhkəmə qərarında yalnız onların adları qeyd olunduğundan onların ailə üzvlərinin mənzildən çıxarılması və məzillərin boşaldılması yol verilməzdir. Belə olan halda icra sənədində adları qeyd olunmayan həmin mənzillərdə yaşayan Cavabdeh2 və Cavabdeh1 ailə üzvləri ilə bağlı məcburi icra hərəkətlərinin aparılmasında və Yasamal Rayon Məhkəməsinin 2(004)-1536/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etməkdə çətinlik yaranır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 izahat verərək bildirmişdir ki, ona icra sənədinin mahiyyəti tam aydındır. Lakin cavabdehlərdən birinin ailə üzvləri onun barəsində şikayətlər yazaraq bildiriblər ki, icra məmuru onları məhkəmə tərəfindən təqdim olunan icra sənədində adları olmamasına baxmayaraq məcburi qaydada evdən çıxarır. O belə hesab edir ki, mənzilin mülkiyyətçisi ilə müqavilə bağlanılıbsa, məhkəmə qətnaməsi ilə mülkiyyətçi evdən çıxarılırsa, onun ailə üzvləri də evdən çıxarılmalıdır. Vətəndaşların narazılığına görə izah üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, izaha ehtiyac yoxdur. Adətən bu cür işlərdə icra sənədində tək mülkiyyətçi qeyd olunur. Digər şəxslərə pul verilmədiyi üçün onların razılığı lazım olmur. Ərizəyə münasibəti məhkəmənin mülahizəsinə buraxır. Cavabdehlərə mənzillər göstərilib, mənzillərdə hətta mebellər də var. Müqavilələr hazırdır, lakin cavabdehlər razı olmurlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, ailə üzvlərinin adı icra sənədində yazılmayıb. O, müqavilənin şərtləri ilə də razı deyil. İddiaçı ilə razılığa gəlməyiblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, birinci mərtəbədə olan digər mülkiyyətçilərə fərqli mənzillər verilib. Ona verilən mənzillə razı deyil. Onun qonşusuna eyni əraziyə görə 500000 manat pul verilib. Qətnamədə qeyd olunub ki, digər şəxsə 1 ədəd sahəsi 33 m2 olan 1 otaqlı ev verilsin. Onlar isə 87 m2 1 otaqlı ev veriblər. Lakin onlara o formada verilmir. İcra sənədində yoldaşının adı olmadığı üçün onun evdən çıxarılmamalı olduğunu bildirir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişdirsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyri-aydın məsələlərin aradan qaldırılmasıdır. Sözügedən qətnamə kifayət qədər aydın yazılmış və qətnamənin nəticə hissəsində heç bir anlaşılmazlıq yoxdur. Belə ki, hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçı ilə müqavilə bağlamış mülkiyyətçilər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsində yerləşən 192 saylı binadan çıxarılması qeyd olunmuşdur. Bu tələb müvafiq olaraq onların ailə üzvlərinə də şamil olunur. Belə olduğu halda əlavə olaraq mülkiyyətçilərin ailə üzvləri yaşadığı təqdirdə onların binadan çıxarılması üçün icra vərəqəsində bilavasitə ailə üzvlərinin adlarının qeyd olunmasına lüzum yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1536/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsində yerləşən 192 saylı binada yaşayan mülkiyyətçilər və onların ailə üzvləri də binadan çıxarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında və icra işində olan sənədlərdən aydın görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. Belə olduğu halda cavabdehlərin ailə üzvlərinin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yarada bilər. Yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə orada yaşayan istənilən şəxs üçün həyati vacib məsələdir. Belə olduğu halda Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsində yerləşən 192 saylı binada yaşayan mülkiyyətçilərin ailə üzvlərinin binadan çıxarılması məsələsinə izah verilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1536/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə izah verilməsinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230 və 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1536/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1536/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə izah verilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-324/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-324/2024
30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver