Məhkəmə qərarları › İş №8(004)-327/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-327/2025

29.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-327/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Borclu iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5408/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclasında baxaraq, məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5408/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X1 1250 manat məbləğində pul və 33 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş üzrə Borclu xx.xx.2023-cü il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, icra məmurunun göstərişinə əsasən o, ona təqdim edilən karta ödənişləri edir və çekləri tələbkara whatsapp vasitəsilə göndərir. Hər ay 60 manat olmaqla, 4 ay ödənişləri etmişdir, ümumilikdə tələbkara təxminən 260 manat pul ödəmişdir. Qeyd edir ki, o, X2 ilə şərik olduğundan üzərinə düşən 1250 manat pulu ödəmişdir. Lakin sonradan məhkəmə qətnaməsi ilə qalan pulu da ödəməli olmuşdur. Borcunu hər ay vaxtında ödəməsini nəzərə alaraq təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkarlara və icra məmuruna qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5408/2022-008 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilərək, cavabdehlər Borclu və X1 1250 manat məbləğində pul və 33 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5408/2022-008 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış, Borclu icra sənədində göstərilən tələbi 10 gün müddətində təmin etməsi təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5408/2022-008 saylı, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. Tələbkar Yasamal rayon icra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, borclular barəsində icra sənədinə əsasən 1283 manat məbləğin ödənilməsi istiqamətində məcburi icra tədbirlərinin həyata keçirilməsini xahiş edir. Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatın məzmunundan görünür ki, Borclu icra sənədi barədə xəbardar olduğunu, X2 ilə şərik olduğundan 2500 manatdan üzərinə düşən 1250 manatı ödədiyini, qalan məbləği isə Ceyhunun ödəməli olduğunu qeyd etmiş, icra sənədi üzrə 1250 manat ödənişi etdiyini, icra sənədi üzrə borcunu hər ay 60 manat olmaqla ödəyə biləcəyini bildirmişdir. Borclu tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə baxışında tədqiq olunan: **********2 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Borclu tərəfindən birbank vasitəsilə 416973******3915 nömrəli kart hesabına 60 manat pul köçürülmüşdür. 714165 avtorizasiya kodlu, xx.xx.2025-ci il tarixli bank hesabından çıxarışdan görünür ki, Borclu tərəfindən Leobank vasitəsilə 416973******3915 nömrəli kart hesabına 180 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5408/2022-008 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilərək, cavabdehlər Borclu və X1 1250 manat məbləğində pul və 33 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş **********2 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən və 714165 avtorizasiya kodlu, xx.xx.2025-ci il tarixli bank hesabından çıxarışdan görünür ki, borclu tərəfindən icra sənədi üzrə müvafiq olaraq 60 manat və 180 manat ödənişlər edilmişdir. Məhkəmə iclasında borclu bildirmişdir ki, icra məmurunun göstərişinə əsasən o, ona təqdim edilən karta ödənişləri edir və çekləri tələbkara whatsapp vasitəsilə göndərir, ümumilikdə tələbkara 260 manat pul ödəmişdir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, icra işindəki sənədlərlə Borclu icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icradan yayıması müəyyən edilməməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5408/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5408/2022-008 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar