Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-331/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Tələbkarın nümayəndəsi və eyni zamanda vəkili X1, Borclu, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin iştirakı ilə, Ərizəçi (tələbkar) Tələbkar Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) Tələbkar nümayəndəsi və eyni zamanda vəkili X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4173/2020 nömrəli qətnaməsi ilə Tələbkar ödənilməsi qət edilən alimentin ödənilməsində icra məmurunun hərəkətləri (hərəkətsizliyi) nəticəsində yaranmış 3110 manat məbləğində aliment borcunun müəyyən edilərək həmin aliment borcunun Borclu alınaraq tələbkara ödənilməsi öhdəliyinin Yasamal rayon İcra Şöbəsinə həvalə edilməsi, eyni zamanda işə götürən Bakı Mühəndislik Univeristetinin məsul əməkdaşının yol verdiyi qanun pozuntusuna görə barəsində təqdimat göndərilməsi, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müvafiq icra məmurunun hərəkətlərinə (hərəkəsizliyinə) görə məsuliyyət məsələsinin həlli istiqamətində tədbirlər görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4173/2020 nömrəli qətnaməsi ilə Borclu ilə X6 arasında mövcud olan nikah pozulmuş, birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X7 anası X2 yanında saxlanması müəyyən edilmişdir. Həmçinin müvafiq qətnaməyə əsasən xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Borclu qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulalaraq Tələbkar verilməsi qət edilmişdir. Lakin Bakı səhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4173/2020 nömrəli qətnaməsinin icrası zamanı alimentin sözügedən qətnamə ilə müəyyən edilmiş məbləğində qeyri-dəqiqlik mövcud olnuış və nəticədə xeyli az məbləğ ödənilmişdir. Nəticədə 2020-2024-cü illər ərzində 3110 manat məbləğində aliment borcu yaranmışdır. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunması prosesində icra məmurunun laqeydliyi və etinasızlığı, nəzarətsizliyi məhkəmə qətmaməsinin düzgün icra olunmamasına gətirib çıxarmış, tələbkarın və azyaşlı uşaqların mənafeyinin pozulmasına уol vermişdir. Hazırki işin faktiki hallarına əsasən icra məmuru məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin düzgün icra edilməsi üçün heç bir tədbir görməmişdir. İcra məmuru məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin düzgün icrasının cavabdehdən tələb etdiyi halda cavabdeh icra məmurunun qanuni tələblərinə riayət etməmişdirsə icra orqanının rəhbəri həmin şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş orqana təqdimat verir. Eyni zamanda Tələbkar nümayəndəsi və eyni zamanda vəkili X4 məhkəməyə vəsatət verərək, Borclu müvafiq əmək haqqının real köçürmələrin məbləğinin müəyyən edilməsi üçün sonuncunun Bank kartına dair həmin məlumatların alınması zərurəti vaıdır. Çünki, göstərilən əmək haqqı məbləğinin hazırkı iş üzrə aliment borcunun müəyyən edilməsi baxımından zəruridir. Bununla bağlı sorğu təqdim etsə də, ona məlumatlar təqdim edilməmişdir. Ona görə də, borclunun Kapital bank əmək haqqı kartına dair 2020-ci ilin noyabr ayından 2024-cü ilin mart ayınadək olan dövr üzrə köçürülən əmək haqqı barədə məlumatların əldə edilməsi üçün tədbirlər görməyi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və eyni zamanda vəkili X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev şikayətə etiraz edərək bildirdi ki, onun tərəfindən vaxtında qərar qəbul edilmiş və icra edilməsi üçün borclunun iş yerinə göndərilmişdir. Bütün bu müddət ərzində də, 4 il ərzində tələbkardan hər hansı şikayət daxil olmamışdır. İşlərin coxluğu ilə əlaqədar daimi bütün işlər üzrə sorğular vermək və icrası ilə maraqlanmaq olmamışdır. Onlar işə götürənə məktub göndərən zaman mütamadi olaraq, eyni zamanda əmək haqqında artımlar olarsa bu barədə icra şöbəsinə məlumat verilməsini bildirmişlər. Lakin işə götürən tərəfindən qərar icra olunsa da, sonraki illərdə əmək haqqı artımı hesab edir ki, yalnışlıqla nəzərə alınmamış və nəticədə də, tələbkarın dediyi kimi 3100 manat fərq yaranmışdır. Tələbkar bu barədə məlumat verən kimi borclu ilə əlaqə saxlanılmış və o da, hesabat apararaq qalıq fərqin tərəfindən bir dəfəyə ödəmək imkanı olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, iş yerində iki il normal ödənişlər aparılmış, sonradan əmək haqqında az da olsa artımlar olmuş, lakin mühasibatdıqda əməkdaşlar dəyişdiyi üçün, texniki yalnışlıga yol verilərək artım nəzərə alınmamış və mexaniki olaraq əvvəlki qaydada ödənilmişdir. Ona bu barədə məlumat verilən kimi o özü mühasibatdığa gedərək bu illər ərzində ödənilmiş bütün ödənişləri bir-bir çıxardaraq hesablatmış və həqiqətən də 3100 manat fərq yarandığını müəyyən etmişdir. O pulu da, dərhal ödəyə biləcəyini tələbkara bildirsə də, o pulu qəbul etməmiş və məhkəməyə müraciət etmişdir. Həmin məbləğ hazırda da, onun üzərindədi və nümayəndə qəbul etsə indididə ödəyə bilər. Göstərilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və icra işinin materiallarını araşdıraraq hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4173/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Borclu ilə X8 arasında xx.xx.2017ci il tarixdə 05 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində şöbəsində 1481 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2018-ci il təvəllüdlü X7 anası X2 yanında qalmasının (saxlanılmasının) müəyyən edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Borclu qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və uşaq 3 yaşına çatanadək 200 (iki yüz) manat məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi, alimentin tutulma müddətinin xx.xx.2020-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2020ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4173/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2020ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Borclu icra sənədində göstərilən tələbin könüllü icra etməyi xahiş olunmuşdur. - X2 Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli borclunun axtarışa verilməsi haqqında ərizəsinə əsasən borclu həmin tarixə kimi borcundan heç bir ödəniş etməmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin “Bakı Mühəndislik Universiteti” X14 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubuna əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq bir uşağı yetkinlik yaşına çatanadək saxlanılması hər ay qazancının (başqa gəlirlərin) % hissəsi miqdarında və uşaq 3 yaşına çatanadək 200 manat aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4173/202 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu əmək haqqından tutulması üçün Sizə göndərilir. Əlavə olaraq bildirmişdir ki, iş üzrə Borclu əmək haqqından hər ay 70% (yetmiş faiz) məbləğində yaranmış aliment borcu qurtaranadək tutulmalı, borc ödənildikdən sonra qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və uşaq 3 yaşına çatanadək 200 manat aliment tutulması davam etdirilməsi, icra sənədinin icrası ilə bağlı şöbəyə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Qeyd edilən Qanunun 13.1.2-ci maddəsinə əsasən iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri - dərhal icraya yönəldilməlidir. Beləliklə, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4173/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını bir neçə dəfə təmin etsə də, lazımi qaydada (mütəmadi şəkildə) icraya nəzarəti təmin etməmiş və bununla da, tərəfindən hərəkətsizliyə yol verilmişdir ki, nəticədə müvafiq qərarın icrası pozulmuşdur. Belə ki, icra işinin materiallarından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4173/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, elə həmin gündə tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir. Daha sonra icra məmuru tərəfindən “Bakı Mühəndislik Universiteti” X14 xx.xx.2020ci il tarixdə borcun əmək haqqına yönəldilməsi barədə məktub göndərilmişdir. Göründüyü kimi icra məmuru tərəfindən icra sənədinin icrası formal olaraq təmin edilsə də, daha sonra icranın vəziyyəti ilə maraqlanılmamış, həmin tədbirlərin davamlı olması üçün tərəfindən tədbirlər görülməmiş və bununla da, icra sənədinin icrasının davamlı olaraq təmin edilməsi istiqamətində hərəkətsizlik göstərmişdir. Buna görə də, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4173/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin məcburi icrası ilə bağlı Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin hərəkətsizliyi qanunsuz hesab edilməli və icra sənədinin məcburi icrası üçün tədbirlər görülərək, borclunun əmək haqqındakı artımlar, illər üzrə ödənilməli olan və ödənilməmiş aliment borcunun müəyyən edilərək ödənilməsinin təmin edilməsi vəzifəsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin (icra məmuru Emil Abiyevin) üzərinə qoyulmalıdır. Məhkəmə şikayət ərizəsinin işə götürən Bakı Mühəndislik Univeristetinin məsul əməkdaşının yol verdiyi qanun pozuntusuna görə barəsində təqdimat göndərilməsi, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müvafiq icra məmurunun hərəkətlərinə (hərəkəsizliyinə) görə məsuliyyət məsələsinin həlli istiqamətində tədbirlər görülməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, Mühəndislik Univeristetinin məsul əməkdaşının yol verdiyi pozuntular, icra sənədini ümumiyyətlə icra etməməklə, yəni icra etməkdən qərəzli şəkildə imtina etməklə deyil, icranın təmin olunmasına davamlı nəzarəti həyata keçirməməklə bağlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4173/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin məcburi icrası ilə bağlı Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin hərəkətsizliyi qanunsuz hesab edilsin və icra sənədinin məcburi icrası üçün tədbirlər görülərək, borclunun əmək haqqındakı artımlar, illər üzrə ödənilməli olan və ödənilməmiş aliment borcunun müəyyən edilərək ödənilməsinin təmin edilməsi vəzifəsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin (icra məmuru Emil Abiyevin) üzərinə qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-331/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-331/2024
11.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver