Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-332/2025 21.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, X1 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Müəyyən olunur ki, X1 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasına maneələr, o cümlədən miras əmlaka məhkəmə tərəfindən tanınan hüquqların təmin edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının təmin edilməsi” tələbinə dair eyni məzmunlu, eyni faktiki və hüquqi əsaslara söykənən şikayət ərizəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-116/2025 nömrəli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardaddan X2 tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(103)-116/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Sözügedən qərardadlarda tələbkara ətraflı şəkildə müvafiq hüquqi izahlar verilmişdir. Həmin iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, icra orqanı tərəfindən bütün zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin icra orqanından asılı olmayan bir sıra səbəblərdən icra sənədinin icrasının təmin edilməsi mümkün olmamışdır. Hazırki ərizədə göstərilən xüsusatlarla yuxarıda qeyd edilən mülki işin predmetini təşkil etmiş hallar eynidir, yeni xüsusat mövcud deyildir, həmin hallara yekun hüquqi qiymət verilmişdir. Eyni məsələnin yenidən araşdırılması yolverilən deyildir. Yuxarıda göstərilənlərə əsasən, ərizəsi qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən, ərizənin qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair ərizəsi qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə X4 geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-332/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-332/2025
21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver