Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-334/2024 07.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Tələbkar X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4518/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə həbs qoyulmasına dair” Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin Borclu mülkiyyətində olan İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 27,30 kvm olan 0,0144 ha torpaq sahəsinin üzərində yerləşən reyestr nömrəsi **********53- 10301, qeydiyyat nömrəsi ********** olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4518/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 75 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. Daha sonra aliment məbləği artırılmış və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6958/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədlərinə əsasən Borclu hər ay X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində müəyyən olunmuşdur. İcra sənədlərinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. "İcra haqqında" AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatılarında ola pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İcraat zamanı "Elektron icra” informasiya sistemindən aldığımız məlumata əsasən Borclu İsmayıllı rayonu Lahıc qəsəbəsində olan 2 otaqlı fərdi yaşayış evinin olduğu məlum olmuşdur. Bundan əlavə qeyd olunur ki, iş üzrə borclu şöbədə olarkən verdiyi izahatda qeyd etmişdirki, hazırda Bakı şəhəri, C.Qaryağdı küçəsi dalan 1, ev 8-də yaşayır və həmin ev ona məxsusdur(paylı mülkiyyət) və bununla yanaşı mülkiyyətində yuxarıda qeyd olunan və üzərinə həbs qoyulması nəzərdə tutulan İsmayıllı rayonunda yerləşən əmlak mövcuddur. Aliment borcunun qeyd olunan əmlaka yönəldilməsinə etiraz etmir. Məlumat üçün bildirilir ki, hal hazırda Borclu bu günə olan aliment borcu 12900 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən tələbkar X3 izahatında təqdimatın təmin olunmasını xahiş etmişdir. İcra işi üzrə icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə edilmiş: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6958/2013 saylı, 24 dekabr 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4518/2010 saylı, 28 dekabr 2010-cu il qətnaməsi əsasında 02 avqust 2010-cu il tarixdən başlayaraq, 20 yanvar 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 75 manat məbləğində Borclu Tələbkar xeyrinə sabit pul şəkilində tutulan alimentin miqdarı artırılması, 20 yanvar 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu 24 noyabr 2013-cü il tarixdən başlayaraq, hər ay 100 (bir yüz) manat məbləğində sabit pul şəkilində aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2014-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4518/2010 saylı, xx.xx.2010-cu il tarixli və , Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6958/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. “Elektron icra” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 27,30 kvm olan 0,0144 ha torpaq sahəsinin üzərində yerləşən **********53-10301 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan fərdi yaşayış evi Borclu mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2011-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4518/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2011-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, Borclu icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən tələbin ödənilməsi borclu tərəfindən təmin edilmədiyindən, tələbin icrası məqsədi ilə borcluya məxsus İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 27,30 kvm olan 0,0144 ha torpaq sahəsinin üzərində yerləşən **********53-10301 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 27,30 kvm olan 0,0144 ha torpaq sahəsinin üzərində yerləşən **********53-10301 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan fərdi yaşayış evinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-334/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-334/2024
07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver