Məhkəmə qərarları › İş №8(004)-334/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-334/2025

29.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-334/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5041/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə X3nın “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının qanunvericiliyində edilən dəyişikliyi nəzərə alaraq, övladı xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Borclu Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli 2(004)-5041/2020 saylı qətnaməsi ilə hər ay övladına görə 170 manat məbləğində tutulan alimentin məbləğinin xx.xx.2025-ci il tarixdən başlayaraq hər il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində indeksasiya edilməklə hesablanması və hər ay həmin məbləğin borcludan tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5041/2020 saylı qətnaməsi ilə nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair müəyyən edilmiş iddia tələbi təmin edilərək qətnamə qəbul olunmuşdu. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanuna əsasən 1 uşaq üçün yaşayış münimumu 2025-ci il yanvar ayının 1-dən 246 manat müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə bir uşaq üçün təyin olunmuş 170 manat aliment az miqdarda olduğundan həmin pul hal-hazırda övladının aylıq təlabatını ödəmir, 170 manat pula 1 uşaq saxlamaq olmur, bütün ərzaq və geyim əşyalarının qiymətləri qalxmışdır. Ona görə də hesab edir ki, qətnamənin icrası qaydası müəyyən olunmalıdır, alimentin indeksasiyası aparılmalıdır. Ona görə də o, məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında Borclu məhkəməyə verdiyi izahatında ərizəni qəbul etməyərək bildirmişdir ki, aliment məbləğinin indeksasiya olunmasına razı deyil, o, uşağının tələbatını lazımi qaydada qarşılayır və alimenti hər ay vaxtı-vaxtında ödəyir. Odur ki, ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra şöbəsinə və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə istinad edərək, məhkəmə iclasının icra məmurunun və tələbkarın iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, borclunun izahatını dinləyib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5041/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı X6 ilə cavabdeh Borclu arasında 19 dekabr 2016-cı il tarixdə 3 saylı Bakı "Asan xidmət mərkəzinin" qeydiyyat şöbəsində 5006 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 17 yanvar 2017-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün X4 yanında qalması, 17 yanvar 2017-ci təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay Borclu 170 (yüz yetmiş) manat məbləğində aliment tutularaq X5 ödənilməsi, qətnamə alimentin tutulması hissəsində Azərbaycan Respublikasının MPM-in 234.2.1-ci maddəsinə əsasən dərhal icra edilməsi, aliment iddiası ilə əlaqədar Borclu 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5041/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, 17 yanvar 2017-ci təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay Borclu 170 (yüz yetmiş) manat məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Hazırda X3 alimentin minimum əmək haqqının 0,74 misli həddində indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Ailə Məcəlləsinin tələbi və Ali Məhkəmənin mövqeyi nəzərə alınmaqla alimetin indeksasiyası ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməlidir. Hazırkı işin hallarından görünür ki, 2020-ci il ölkə üzrə minimum əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. 170 manat sabit pul məbləğində aliment 2020-ci il üçün minimum əmək haqqının 0,68 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5041/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən 17 yanvar 2017-ci təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdeh Borclu tutularaq iddiaçı X5 ödənilməli olan alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5041/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən 17 yanvar 2017-ci təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdeh Borclu tutularaq iddiaçı X5 ödənilməli olan alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar