Məhkəmə qərarları › İş №8(004)-337/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-337/2024

11.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-337/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev Borclu mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ½ hissəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021-022 saylı, xx.xx.2021-ciil tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar cavabdeh Borclu arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 1472 nömrə ilə qeydə alınmış nikah pozulmalıdır. Birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 anaları Tələbkar himayəsində qalmalıdır. Cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Alimentin tutulması 18 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 1989cu il olan "VAZ-2106" minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı və buraxılış ili 2013cü il olan "Renault Tondar 90" minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində 1/2 hissədə iddiaçı Tələbkar, 1/2 hissədə cavabdeh Borclu payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmalıdır. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh Borclu tutulub iddiaçı Tələbkar ödənilməlidir. Tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Tələbkar və X16 arasında bağlanmış xx.xx.2020- ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək əvvəlki vəziyyətinə qaytarılmalıdır. Cavabdeh X9 adına verilmiş xx.xx.2020-ci il tarixli AD840129 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməlidir. Tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Borclu, 1/2 hissədə cavabdeh Tələbkar payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmalıdır. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Tələbkar tutularaq iddiaçı Borclu verilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq iş üzrə borclu icranı könüllü təmin etməmişdir. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, ilkin iddia tələbi qismən təmin edilmiş, iddiaçı Tələbkar cavabdeh Borclu arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 1472 nömrə ilə qeydə alınmış nikah pozulması, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 anaları Tələbkar himayəsində qalması, cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi, alimentin tutulması dərhal icra edilməsi, alimentin tutulması 18 avqust 2020-ci il tarixdən hesablanması, tərəflərin birgə nigahı dövründə əldə olunmuş buraxılış ili 1989-cu il olan "VAZ-2106" minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı və buraxılış ili 2013- cü il olan "Renault Tondar 90" minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində 1/2 hissədə iddiaçı Tələbkar, 1/2 hissədə cavabdeh Borclu payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınması, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh Borclu tutulub iddiaçı Tələbkar ödənilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməsi, qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Tələbkar və X16 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilərək əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh X9 adına verilmiş xx.xx.2020-ci il tarixli AD840129 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməsi, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Borclu, 1/2 hissədə cavabdeh Tələbkar payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Tələbkar tutularaq iddiaçı Borclu verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişinin surətindən görünür ki, Borclu icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Borclu xx.xx.2021-ci il tarixdə bildirişi almışdır. Borclu xx.xx.2021-ci il tarixli izahatından görünür ki, qeyd olunan icra sənədi ilə həmin zaman xəbardar olmuşdur. İcra sənədini icra etməməyinin səbəbi indiyə kimi xəbəri olmamasıdır və bu iş üzrə mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İcra sənədi üzrə bu günədək icra etməmişdir. Aliment borcunu hər ayın 15-i olmaqla 500 manat ödəyəcəyini bildirmişdir. Adına olan vaz 2106 markalı maşın çoxdan satılmışdır. Renault Tondar isə Yellow bankın Badamdar filialında girovda olduğu üçün həmin Banka təhvil verilmişdir. Harada olduqlarını bilmir. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur. Borclu icra sənədinin icrasının əmlaka yönəldilməsi barədə ərizəsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(004)- 338/2021 saylı qətnaməsi İlkin iddia tələbi qismən təmin edilmiş İddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 1472 nömrə ilə qeyd: alınmış nikah pozulması, Birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X10 va xx.xx.2014-cü il təvəllüdlü X12 anaları Tələbkar himayasində qalması, Cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X7rn və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit məbləğində aliment tutularaq iddiaçı, Tələbkarmın xeyrinə ödənilməsi, Alimentin tutulması 18 avqust 2020-ci i tarixdən hesablanılması, Tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 1989-cu il olan "VAZ2106 minik markalı, **-KV-*** dövlət qeydiyyaı nişanlı və buraxılış ili 2013- cü il olan "Renault Tondar 90" minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində 1/2 hissədə iddiaçı X1 1/2 hissədə cavabdeh Borclu payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınması, İlkin iddia ərizəsinin verilməsı üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh Borclu tutulub iddiaçı Tələbkar ödənilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan. "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Tələbkar və X16 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsı etibarsız hesab edilərək əvvəlki vəziyyətinə qaytarılması Cavabdeh X9 adına verilmiş xx.xx.2020-ci il tarixli AD840129 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməsi Tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Borclu 1/2 hissədə cavabdeh Tələbkarmın payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınması, Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Tələbkar tutularaq iddiaçı Borclu verilməsi qət edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(004)- 2854/2022 saylı qətnaməsi ila iddia təmin edilmiş, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə olan icarə hüququnun özgəninkiləşdirilməsi barədə Borclu ilə X13 arasında notarial qaydada bağlanımış 3M-106 reyestr nömrəli, xx.xx.2021ci il tarixli torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış 02.02 2021-ci il tarixli, **********36 reyestr nömrəli qeyd və bununla əlaqədar verilmiş Dövlət Reyestrindən Çıxarış ləğv edilməsi. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(103)-173/2023 saylı qətnaməsi Tələbkar apelyasiya şikayəti qismən təmin edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 saylı iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi qismən 0.08 ha torpaq sahası üzərində cavabdeh tərəfindən əldə edilmiş icarə hüququnun bölünməsi, həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış sahəsində ləğv edilmiş, ilkin iddia tələbi bu hissədə qismən təmin edilmiş, Abşeron rayonu, Donuzkökəltmə zu ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində icarə hüquqları tərəflər arasında bərabər paylarda bölünməklə. ½ hissədə Tələbkar, ½ hissədə Borclu payı müəyyən edilməsi Tələbkar uşaqları ilə birlikdə həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə köçürülməsi və evdən istifadə təmin olunması, X3 apelyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2022 saylı iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, İcarə hüququnun dəyəri olaraq ödənilmiş 58000 manat məbləğində pul vəsaitinin Borclu tutularaq X8 qaytarılması və həmin qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamənin alimentin alınması və Borclu münasibətdə digər icra ediləcək hissəsi icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir və icra işi icra məmuru Sahib Allahverdiyevin icraatına verilmişdir. Bildirir ki, hazırda onun 4000 manata yaxın aliment borcu yaranmışdır ki, işləmədiyindən ödəyə bilmir. Lakin icra sənədindən də görsənir ki, adına olan və ½ hissədə paylı mülkiyyətində olan əmlaklarda mövcuddur ki, həmin əmlakdan da biri hazırda tələbkar olan Tələbkar Sərvər qızının idarəsində olan buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Hesab edirəm ki, avtomobilin hissəsində mənini payı olduğundan və istifadə edə bilmədiyindən və gələcəkdə də istifadə edə bilməyəcəyini nəzərə alaraq həmin əmlakın qiymətləndirmə keçirərək hissəsinə münasibətdə aliment borcuna yönəldilməsi daha məqsədəmüvafiqdir. Odur ki, icra sənədi üzrə aliment borcunun ödənilməsi hissəsində hazırda ½ hissəsində mülkiyyəti olan, lakin tələbkar X2 istifadəsində olan buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qiymətləndirilərək hissəsinə münasibətdə aliment borcunun ödənilməsi məbləğ artıq qalarsa həmin hissəsinidə aliment ödənişinin avansı kimi tələbkara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da, icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ½ hissəsinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ½ hissəsinin üzərinə həbs qoyulsun. Qərardadın Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar