Məhkəmə qərarları › İş №8(004)-337/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-337/2025

02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-337/2025 02.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, X2 iştirakı ilə, X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3388/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3388/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Borclu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3388/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilərək tutulmuş aliment məbləğinin sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.637 misli həddində tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Borclu ilə xx.xx.2022-ci il tarixində rəsmi nikah bağlamışdır. Birgə nikahlarından xx.xx.2023-cü il tarixində Əbəlfəzl adlı övladları dünyaya gəlmişdir. Münasibətlərinin sonradan pozulması səbəbilə iddiaçı tərəfindən 2024-cü il tarixində məhkəməyə müraciət edilmiş və aralarında bağlanılmış nikahın pozulması, birgə nikahlarından dünyaya gələn övladlarının ananın himayəsində saxlanılması və onun saxlanılması üçün 235 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Mülki işə xx.xx.2024-cü il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.Hazırda alimentin məbləği yaşayış minimumunun hədlərindən aşağı olduğu üçün indeksasiya olunması məqsədilə hazırki ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən tələbkar ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3388/2024 nömrəli qətnaməsi ilə iddiaçı X9 ilə cavabdeh Borclu arasında 5 saylı Bakı "Asan Xidmət" X8 xx.xx.2022-ci il tarixdə 5535 N-li akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X6 anası X5 yanında qalması (saxlanılması), xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində və xx.xx.2023-cü il təvəllüdlü X10 3 yaşına çatanadək 100 (yüz) manat məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Göründüyü kimi indeksasiyanın məqsədi sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğunlaşdırılmasıdır. Belə ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3388/2024 nömrəli qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3388/2024 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunmasını xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə 2024-cü il üzrə minimum aylıq əmək haqqının 345 manat olmasını nəzərə alaraq hesab edir ki, təyin edilmiş 235 manat məbləğində aliment 2024-cü il üçün minimum aylıq əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır. (235:345=0,68) Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3388/2024 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3388/2024 nömrəli qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar