Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-338/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1661/2024-019 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Günay Abbaszadənin “Borclu2 MMC-nin rəhbəri Borclu1 məcburi gətirilməsi haqqında” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Günay Abbaszadə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1661/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu2 MMC-nin rəhbəri Borclu1 Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1661/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu2 MMC və X3 müştərək qaydada 6100 manat pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə başlanılmış icraat zamanı icra sənədinin icrası Borclu2 MMC tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. Borclu2 MMC-nin rəhbəri Borclu1 məhkəmə qərarının icrasını təmin etmək məqsədilə bir neçə dəfə icra şöbəsinə dəvət edilsə də, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Tələbkar məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu, icra məmuru və digər tələbkar məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1661/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əlavə edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Borclu1 Borclu2 MMC-nin səlahiyyətli şəxsidir. İş materiallarına tələbin icrasının təmin edilməsi ilə bağlı müvafiq yoxlamalar barədə bildirişlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə qərarının 1 ildən uzun müddətdir ki, icra olunmaması, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materialları nəzərə alınmaqla, icra sənədi əsasında Borclu2 MMC-nin icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22(004)-1661/2024- 019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu2 MMC-nin (hüquqi ünvanı: ünvan 1 Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü Borclu1 Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1661/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Günay Abbaszadənin “Borclu2 MMC-nin rəhbəri Borclu1 məcburi gətirilməsi haqqında” təqdimatı təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1661/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu2 MMC-nin (hüquqi ünvanı: ünvan 1 Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü Borclu1 məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-338/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-338/2025
08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver