Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-34/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-617/2023 nömrəli qətnaməsinə izah verilməsinə dair Yasamal rayon icra şöbəsinin iddiaçı X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən çıxarılmağı barədə cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixində verilmiş əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-617/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 39/İR/2021 nömrəli əmrinin ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-617/2023 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-617/2023 nömrəli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(004)-617/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən işdən çıxarılmağı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 39/İR/2021 nömrəli əmrin ləğv edilməsi barədə çıxarılmış qətnamə "xxxx" MMC rəhbərliyi tərəfindən icra olunmamışdır. Qətnamənin icra olunmamasına səbəb "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixindən etibarən fəaliyyətinin dayandırılmasıdır. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən ona icra vərəqi təqdim olunmuş və icra məmuru tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xİdmətinə xx.xx.2023-cü il tarixində qətnamənin icra olunması üçün müraciət edilmişdir. Hal-hazırda Yasamal rayon Məhkəməsinin çıxartdığı qətnamənin kim tərəfindən icra olunması və elektron sistemdən silinməsinin izah edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddiaçı X1 qətnaməyə izah verilməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən əşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-617/2023 nömrəli qətnaməsinin icrası zamanı çətinlik yaranmışdır. Bu səbəbdən qətnaməyə izah verilməsinə zərurət vardır. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixindən borclu "xxxx" MMC-nin fəaliyyəti dayandırılmışdır. Yaranmış çətinliyin aradan qaldırılması və qətnamənin icrasının təmin edilməsi məqsədilə qətnaməyə izah verilməli, qətnamənin qət etdi hissəsindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 39/İR/2021 nömrəli əmri ləğv olunsun” ifadəsi “ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2021-ci il tarixli, 39/İR/2021 nömrəli əmrin ləğv edilməsi və bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi” kimi başa düşülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 qətnaməyə izah verilməsinə dair ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-617/2023 nömrəli qətnaməsi aşağıdakı kimi izah olunsun: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2021-ci il tarixli, 39/İR/2021 nömrəli əmrin ləğv edilməsi və bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-34/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-34/2024
16.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver