Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-340/2024 24.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynovun Borclu iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-748/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə “Borclu məcburi gətirilməsi haqqında” Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynov Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-748/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə “Borclu məcburi gətirilməsi haqqında” təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-748/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 1066 manat borc və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Bakı şəh., Yasamal ray., Nəriman Nərimanov pros., 11-ci Nərimanov Dön. ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu şəxsin məsuliyyətə cəlb olunmasından ötrü icra şöbəsi tərəfindən protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında ifadə verən borclu icra sənədi üzrə borcunu qısa müddətdə hissələrlə ödəyəcəyini bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2413/2024 nömrəli 07 may 2024-cü il tarixli qərarı ilə həmin iş üzrə başlanılan inzibati iş üzrə icraata xitam verilmişdir (hakim: Orxan Məmmədli). Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bu günədək icra sənədi üzrə tələb təmin edilməmiş, həmçinin Borclu izahat verməsindən ötrü icra məmuru tərəfindən edilən çağırışlara məhəl qoymayaraq gəlməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2024cü il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynov təqdimatı müdafiə edərək izahatında bildirdi ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bu günədək icra sənədi üzrə tələb təmin edilməmiş, həmçinin Borclu çağırışlara məhəl qoymayaraq icra şöbəsinə gəlməmişdir. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatı qəbul etməyərək izahatında bildirdi ki, icra məmuru onu çağırdığı zaman şöbəyə gəlmişdir. Tələbkara olan borcunu ödəmək üçün avqust ayına qədər vaxt verilmişdir. Məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-748/2024 nömrəli, xx.xx.2024-cü il tarixli İcra vərəqəsinə əsasən, cavabdeh Borclu 1030 manat məbləğində pul və 36 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-748/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərarın sürəti və tələbin könüllü icrası haqqında bildiriş sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, Tələbkar Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə müraciət edərək, Borclu ona olan borcunu xx.xx.2024-cü il tarixədək tam olaraq ödəmədiyi halda barəsində ciddi tədbirlər görməyi xahiş etmişdir. İş materiallarında olan “sms bildirişin” göndərilməsi barədə çıxarışa əsasən, xx.xx.2024-cü il tarixdə Borclu sms bildiriş göndərilərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə çağırılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, borclunun məhkəmə iclasında iştirak etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilməsinə zərurət yoxdur, bu səbəbdən verilmiş təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №8(004)-340/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-340/2024
24.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver