Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-341/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, icra sənədi üzrə tələbkar - X12, icra sənədi üzrə tələbkar X8 nümayəndəsi-vəkili X9 və nümayəndəsi (anası) X3, icra sənədi üzrə borclu X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4652/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə barışıq sazişinin təsdiq edilməsi barədə X14, X15 və X2 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4652/2019 saylı, xx.xx.2019-cu il icra vərəqəsinin surətindən müəyyən edilir ki, 24 may 2016-cı il tarixdə vəfat etmiş X5 miras qalmış “Nissan Sunny-minik” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X10, X12 və X2 hər birinin 1/3 hissədə miras payları müəyyən edilməli, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 25 ünvanında yerləşən ümumi sahəsi 35,1 kv.m. olan, daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixində qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin (avtomobil dayanacağı) bağışlanmasına dair 1 saylı Bakı “ASAN Xidmət" Mərkəzi notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1086 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilməli, “Honda CRV-minik" markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin, ünvan 2 ünvanında yerləşən 114 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə 25 ünvanında yerləşən ümumi sahəsi 35,1 kv.m. olan qeyriyaşayış sahəsinin (avtomobil dayanacağı) 1/2 hissəsi 24 may 2016-cı il tarixdə vəfat etmiş X5 qalmış miras kütləsinə daxil edilməli, 24 may 2016-cı il tarixdə vəfat etmiş X5 miras qalmış "Honda CRV-minik" markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomaşının 1/2 hissəsinə 1/6 hissədə X10, 1/6 hissədə X12 və 1/6 hissədə X2 miras payları müəyyən edilməli; 24 may 2016-cı il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 2 ünvanında yerləşən 114 saylı mənzilin 1/2 hissəsinə 1/6 hissədə X10, 1/6 hissədə X12 və 1/6 hissədə X2 miras payları müəyyən edilməli, 24 may 2016-cı il tarixdə vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Mətbuat prospekti 25 ünvanında yerləşən ümumi sahəsi 35,1 kv.m. olan qeyri-yaşayış sahəsinin (avtomobil dayanacağı) 1/2 hissəsinə 1/6 hissədə X10, 1/6 hissədə X12 və 1/6 hissədə X2 miras payları müəyyən edilməlidir. X1, X15 və X6 xx.xx.2023-cü il tarixdə birgə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4652/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4652/2019 saylı qətnaməsi ilə xx.xx.2016-cı il tarixində vəfat etmiş X5 miras qalmış "Nissan Sunny " (minik) markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X10, X15 və X2 hər birinə 1/3 hissədə, "Honda CRV-minik" markalı **-GR- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair X11 1/6 hissədə, X13 1/6 hissədə, X4 isə 1/6 və 1/2 hissəsi isə birgə nigah dövründə əldə edildiyindən, cəmi 4/6 hissəsinə miras payları müəyyən edilmişdir. İş üzrə tərəflər mübahisəni qismən həll etsələr də, mübahisənin tam həlli üçün Yasamal Rayon Məhkəməsinin qətnaməsi tam icra edilməlidir. İşin icrası ilə məşğul olan Yasamal Rayon İcra şöbəsi dəfələrlə Azərbaycan Raespublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinə müraciət etsə də, mübahisə tərəfləri həmin idarəyə getdikdə BDYP idarəsi qətnaməni icra etməkdən boyun qaçırmışdır. Əsas kimi isə onların əsasnaməsində belə halın nəzərdə tutulmaması olmuşdur. Bu səbəbdən tərəflər aralarında qalan mübahisəni barışıq sazişi əsasında icra etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən tələbkar X15 ərizənin təmin olunaraq barışıq sazişinin təsdiq olunması barədə müvafiq qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 nümayəndəsi və vəkili Nümayəndə1 ərizənin təmin olunaraq barışıq sazişinin təsdiq olunması barədə müvafiq qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 nümayəndəsi (anası) X7 ərizənin təmin olunaraq barışıq sazişinin təsdiq olunması barədə müvafiq qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən borclu X2 nümayəndəsi və vəkili Vəkil ərizənin təmin olunaraq barışıq sazişinin təsdiq olunması barədə müvafiq qərardad qəbul edilməsini xahiş edir. İcra sənədi üzrə icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, barışıq sazişini və icra işi materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, icra işi materiallarında olan və hazırki iş materiallarına əlavə edilmiş materiallara əsasən müəyyən edilir ki: -1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin “127” nömrəli, xx.xx.2020ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 25 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bağışlanma müqaviləsinin ləğvinə dair müvafiq qeydiyyat aparılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4652/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi icra edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********09 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4652/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası təmin edilmiş, X8 adına Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 529, 25 ünvanının 1/6 hissəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 529, 25 saylı evin 14 saylı mənzilinin 1/6 hissəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli elektron çıxarışlar verilməklə mülkiyyət hüququ qeydə alınmışdır. - Baş X21 İdarəsinin 3-xx-xx/227399/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4652/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında “Honda CRV” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair DİN Baş X21 idarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Göründüyü kimi, məhkəmənin icra sənədi yaşayış sahələrinə aid hissədə icra edilmişdir. Lakin işin faktiki halları ilə müəyyən edilir ki, avtomobillərə dair hissədə tərəflər hazırda razılığa gəlmişlər. Belə ki, məhkəməyə təqdim edilmiş X15, X14 (onun adından nümayəndəsi (anası) X7), X6 (onun adından nümayəndəsi və vəkili Vəkil) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir: 2.1. Tərəflər Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4652/2019 saylı qətnaməsinin icrası ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən “Nissan Sunny-minik” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı və “Honda CRV-minik” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair tərəflərin mülkiyyət hüququnun qeydə alınması üçün yaranmış qeyrimüəyyənliyin qarşılıqlı razılıqla həll etmək məqsədilə aşağıdakı baradə razılığa gəldilər: 2.1.1. Sazişin Birinci (Lalə Mürşüdli) və Üçüncü tərəfi (Tamara Mürşüdlü) miras əmlakı olan “Nissan Sunny-minik” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrərində miras pay hüquqlarını Sazişin İkinci tərəfi olan X12 xeyrinə imtina edir və həmin əmlak üzərində tam miras pay hüququ X13 keçməklə mülkiyyət hüququ onun adına rəsmiləşdirilir. 2.1.2. Sazişin Birinci (Lalə Mürşüdli) və İkinci tərəfi (Əziz Mürşüdli) miras əmlakı olan “Honda CRV-minik” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrərində miras pay hüquqların Sazişin Üçüncü tərəfi olan X2 xeyrinə imtina edir və həmin əmlak üzərində tam miras pay hüququ X4 keçməklə mülkiyyət hüququ onun adına rəsmiləşdirilir. 2.1.3. Tərəflər razılaşırlar ki, bu sazişin 2.1.1. və 2.1.2-ci bəndində qeyd olunan əmlaklar üzərində qeydiyyat xərcləri xeyrinə imtina edilmiş şəxs tərəfindən ödəniləcək. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.5. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.6. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. 3.7. Bu Saziş 5 nüsxədə tərtib edilmişdir. Sazişin Birinci tərəfində bir nüsxə, İkinci və üçüncü tərəfində hərəsində 1 nüsxə, Yasamal Rayon Məhkəməsində 1 nüsxə və Yasamal Rayon İcra şöbəsində bir nüsxə təqdim ediləcəkdir. 3.7. Bu Saziş Məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4652/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə X14, X15 və X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “ 2.1. Tərəflər aşağıdaki baradə razılığa gəldilər: 2.1.1. Sazişin Birinci (Lalə Mürşüdli) və Üçüncü tərəfi (Tamara Mürşüdlü) miras əmlakı olan “Nissan Sunny-minik” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrərində miras pay hüquqlarını Sazişin İkinci tərəfi olan X12 xeyrinə imtina edir və həmin əmlak üzərində tam miras pay hüququ X13 keçməklə mülkiyyət hüququ onun adına rəsmiləşdirilir. 2.1.2. Sazişin Birinci (Lalə Mürşüdli) və İkinci tərəfi (Əziz Mürşüdli) miras əmlakı olan “Honda CRV-minik” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrərində miras pay hüquqların Sazişin Üçüncü tərəfi olan X2 xeyrinə imtina edir və həmin əmlak üzərində tam miras pay hüququ X4 keçməklə mülkiyyət hüququ onun adına rəsmiləşdirilir. 2.1.3. Tərəflər razılaşırlar ki, bu sazişin 2.1.1. və 2.1.2-ci bəndində qeyd olunan əmlaklar üzərində qeydiyyat xərcləri xeyrinə imtina edilmiş şəxs tərəfindən ödəniləcək. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.5. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.6. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. 3.7. Bu Saziş 5 nüsxədə tərtib edilmişdir. Sazişin Birinci tərəfində bir nüsxə, İkinci və üçüncü tərəfində hərəsində 1 nüsxə, Yasamal Rayon Məhkəməsində 1 nüsxə və Yasamal Rayon İcra şöbəsində bir nüsxə təqdim ediləcəkdir. 3.7. Bu Saziş Məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.” Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(004)-341/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-341/2023
08.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver