Məhkəmə qərarları › İş №8(004)-344/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-344/2025

06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-344/2025 06.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Vəliyeva Heyvagül Valeh qızının katibliyi, Ərizəçi (tələbkar) X7, Borclu iştirakı ilə, X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6775/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanədək saxlanılması üçün Borclu hər ay 155 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin müəyyən edilmiş aliment məbləği sonradan Yasamal Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin Borclu tutularaq, ona ödənilməsi qət edilmişdir. Uşağın saxlanması, sağlamlığı, təhsili ilə bağlı bütün məsələlər onun öhdəsindədir və o, uşağın bütün xərclərini təkbaşına ödəməkdə maddi çətinlik çəkir. Onun ödədiyi 175 manat uşağın saxlanması üçün yetərli deyildir. Uşağın saxlanması və tələbatlarının bir hissəsinin ödənilməsi üçün minimum əmək haqqı və yaşayış minimumuna uyğun olaraq alimentin sabit - 246 (iki yüz qırx altı) manat məbləğində tutulması üçün qətnamənin icra qaydası və üsulu dəyişdirilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi (tələbkar) X11 ərizəsinə dəqiqləşmə verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin indeksasiya edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu ərizəyə etiraz edərək izahatında bildirdi ki, o, ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan iki övladı var. O, 175 manatdan əlavə aliment ödəyə bilməyəcək. Göstərilənlərə əsasən, ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci təvəllüdlü X8 və xx.xx.2014-cü i il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün 175 manat olmaqla ümumilikdə 350 manat alimentin X6 tutularaq X5 ödənilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2.... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 175 manat məbləğdə müəyyən edilmişdir. X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin indeksasiya olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay uşaq üçün 175 manat məbləğdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı ilə minimum əmək haqqının məbləği xx.xx.2021-ci ildən 250 manat müəyyən edilmişdir. Belə olan halda, qətnamə ilə tutulan 175 manat məbləğdə aliment 2021-ci il üçün minimum əmək haqqının 0,7 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar