Məhkəmə qərarları › İş №8(004)-345/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-345/2024

02.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-345/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-180/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, borclunun mülkiyyətində olan “Toyota-Land-Cruiser-Prado” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4967/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Şixalı qızından 6849,5 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borclulara könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə Borclu Şixalı qızı icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. “İcra haqqında" Azərbaycan Respublikası qanunun 44.1.3.-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. Məcburi icra tədbirləri zamanı tələbin təmin edilməsi məqsədilə müvafiq təqdimatına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-180/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “Toyota Land- Cruiser-Prado” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-606/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ləğv edilmişdir. Məcburi icra tədbirləri kimi Borclu Şixalı qızına məxsus “Toyota Land-Cruiser-Prado” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə qoyulmuş həbsin götürülməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 180/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu Şixalı qızına məxsus “Toyota Land-Cruiser- Prado” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, borcu tam ödəmişdir. Odur ki, məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu Şixalı qızından 6849,5 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-606/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi cavabdehdən tutulmalı olan maddi zərərin məbləğinə aid hissədə dəyişdirilmiş və cavabdeh Borclu Şixalı qızından iddiaçı Tələbkar xeyrinə tutulmalı olan məbləğ 5367,50 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-180/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “Toyota-Land-Cruiser-Prado” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Tələbkar nümayəndəsi X1 Yasamal rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Borclu tam şəkildə borcunu ödədiyindən, icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəhruz Bayramovun xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-606/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, borclunun müvafiq icra sənədi üzrə ödənilməmiş borcu olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-180/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Toyota-Land-Cruiser-Prado” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-180/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus “Toyota-Land-Cruiser-Prado” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar