Məhkəmə qərarları › İş №8(004)-346/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-346/2022

07.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-346/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2934/2021 saylı, 18.05.2021-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-643/2022 nömrəli, 01.03.2022- ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Yasamal Rayon Şöbəsinin icra məmuru Emil Abiyevin “borclunun məcburi gətirilməsi haqqında” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyev Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2934/2021 saylı, 18.05.2021-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-643/2022 nömrəli, 01.03.2022- ci il tarixli icra sənədi üzrə borclu X3 Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2934/2021 nömrəli, 18.05.2021-ci il tarixli icra sənədinə əsasən borclu “X10” MMCdən 4659 (dörd min altı yüz əlli doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq Tələbkar verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-643/2022 nömrəli, 01.03.2022- ci il tarixli icra sənədinə əsasən borclu "X7" MMC-dən 3857 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Borclu "X7" MMC-nin rəhbəri X4 rəsmi xəbərdarlıq göndərilmişdir, lakin borclu icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Qeyd olunan icra sənədləri üzrə 22.06.2021-ci il və 19.04.2022-ci il tarixdə başlanılmış icraat zamanı sözügedən vəsaitin borclu X5 tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu H.Bəxtiyarov şöbəyə dəvət edilmiş, lakin o müxtəlif bəhanələr gətirərək icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Bununla əlaqədar H.Bəxtiyarovun qeydiyyatda olduğu və yaşadığı ünvana xəbərdarlıq məktubu göndərilmiş, lakin o heç bir üzürlü səbəb göstərməyərək tələbi təmin etməmişdir. Bundan başqa H.Bəxtiyarovla ***-***-**-** nömrə ilə əlaqə saxlanılmış və şöbəyə dəvət olunmasına baxmayaraq icra məmurunun qanuni çağrışlarına gəlməmiş, bununla bağlı üzürlü səbəb göstərməmişdir. Tələbkarlara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.06.2021-ci il tarixli, 19.04.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, borcluya bildiriş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 2934/2021 saylı, 18.05.2021-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 643/2022 nömrəli, 01.03.2022- ci il tarixli icra sənədinə əsasən məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə, borclu X1 Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2934/2021 saylı, 18.05.2021-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-643/2022 nömrəli, 01.03.2022- ci il tarixli icra sənədi üzrə borclu 15.08.1991 -ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan X5 məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar