Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-346/2023 17.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Borclu Yasamal Rayon İcra şöbəsinə məcburi gətirilməsi haqqında təqdimatına yazılı icraat qaydasında baxaraq Müəyyən etdim: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borclunun Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-510/2023 saylı icra sənədinə əsasən cavabdeh Borclu 1040 manat əsas, 72,80 manat cərimə, 13 manat notarius xərci olmaqla, cəmi 1125,80 manat borc və 18 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə Borclu göndərilmiş, lakin borclu icra məmurunun qanuni çağırışlarına gəlməkdən və icra sənədində göstərilmiş tələbi təmin etməkdən yayınır. Borclunun məcburi qaydada icra şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri, xx/xx-54401/34 saylı icra işini araşdıraraq hesab edirəm ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 84. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən hesab edirəm ki, borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və icra məmurunun qanuni çağırışlarına gəlməkdən yayındığına görə Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Təqdimat təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 8(004)-346/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Borclu Yasamal Rayon İcra şöbəsinə məcburi gətirilməsi haqqında təqdimatına Bakı şəhərində məhkəmənin binasında baxaraq təqdimatın təmin edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:00-da başladı. Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №8(004)-346/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-346/2023
17.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver