Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-348/2022 31.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10930/2014 nömrəli, 18.11.2014-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Arif Yəhyazadə Borclu mülkiyyətində “QAZ-3110-101” minik markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, daşınar əmlakın saxlanılaraq cərimə meydançasına qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1103/2016 saylı, 14.06.2016-ci il tarixli qərardadına əsasən təqdimat qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10930/2014 nömrəli, 18.11.2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində “QAZ-3110-101” minik markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Hal-hazırda Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10930/14 saylı, 18.11.2014-cü il tarixli icra sənədinə Borclu "xxxx" ASC-nin xeyrinə 2169.03 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədinin icrasına 22.05.2015-ci il tarixli qərarla başlanmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu mülkiyyətində “QAZ-3110-101” minik markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin olduğu məlum olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1103/16 saylı, 14.06.2016-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuşdur. İcraat zamanı tələbkar "xxxx" ASC-nin 07.05.2018-ci il tarixli məktubuna əsasən tələb tam olaraq icra olunmuşdur. Bundan sonra icra məmurunun 21.08.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Belə olan halda Borclu məxsus daşınar əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini məqsədə müvafiq hesab edir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1103/16 saylı, 14.06.2016-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində “QAZ-3110-101” minik markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1103/2016 saylı, 14.06.2016-ci il tarixli qərardadından görünür ki, təqdimat qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10930/2014 nömrəli, 18.11.2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində “QAZ-3110-101” minik markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 21.08.2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 10930/2014 saylı, 18.11.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində “QAZ-3110-101” minik markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1103/2016 saylı, 14.06.2016-ci il tarixli qərardadı ləğv edilsin. İcra sənədinin icrası məqsədilə məcburi icra tədbiri kimi Borclu mülkiyyətində “QAZ-3110-101” minik markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-348/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-348/2022
31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver