Məhkəmə qərarları › İş №8(004)-348/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-348/2024

02.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-348/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Hüseynova Elnarə Qabil qızının katibliyi, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1, Borclu iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1496/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" haqqında Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" haqqında təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(004)-1496/2023- 022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1996-ci ildə anadan olmuş və ünvanında qeydiyyatda olan və yaşayan Borclu 1000 ABŞ dolları məbləğində pul vəsaiti və 40 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həyata keçirilən icra hərəkətləri nəticəsində borcluda tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlər aşkar edilməmişdir. Dəfələrlə Borclu tələbin icrasından ötrü vaxt verilsə də indiyə kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclu şəxsin tələbin icrasından yayınmaq məqsədilə ölkədən getmək ehtimalının olmasına əsaslı şübhələr mövcud olduğundan hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatı qəbul etməyərək izahatında bildirdi ki, borcdan az-az da olsa ödəniş edir. Məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Tələbkar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1496/2023 nömrəli xx.xx.2023 -cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərarın sürəti və tələbin könüllü icrası haqqında bildiriş sənədin kötüyünə imza etdirilməklə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, Borclu sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Budapeşt şəhərinə getmiş və xx.xx.2024-cü il tarixdə geri dönmüşdür. Həmçinin, xx.xx.2024-cü il tarixdə İstanbul şəhərinə getmiş və xx.xx.2024-cü il tarixdə geri dönmüş; xx.xx.2023-cü il tarixdə İstanbul şəhərinə getmiş və xx.xx.2023-cü il tarixdə geri dönmüş; xx.xx.2023-cü il tarixdə İstanbul şəhərinə getmiş və xx.xx.2023-cü il tarixdə geri dönmüş; xx.xx.2023-cü il tarixdə İstanbul şəhərinə getmiş və xx.xx.2023-cü il tarixdə geri dönmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci maddəsinə əsasən, Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə borclunun sərhədkeçmə məlumatlarını, borcun məbləğini, digər icra tədbirlərinin nəticə vermədiyini və görülən icra tədbirinin icra sənədinə mütənasibliyini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-1-ci maddəsinə əsasən, məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqdimat təmin edilsin. Borclu ölkədən getmək hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-1496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar