Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-349/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə Bakı şəhəri ünvan 2al rayon Məhkəməsinin 2(004)-462/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri ünvan 2al rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına Bakı şəhəri ünvan 2al Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri ünvan 2al rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ünvan 2al rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ünvan 2al rayon Məhkəməsinin 2(004)-462/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsi üzrə 334,02 ABŞ dolları əsas, 195,73 ABŞ dolları faiz, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 42,45 ABŞ dolları faiz borcu olmaqla, cəmi 572 (beş yüz yetmiş iki) ABŞ dollar borc (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulmalı, cavabdeh Borclu xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsi üzrə 281,99 ABŞ dolları əsas, 152,3 ABŞ dolları faiz, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 33,8 ABŞ dollar faiz borcu olmaqla, cəmi 468,09 (dörd yüz altmış səkkiz ABŞ dolları doqquz sent) ABŞ dollar borc vəsaiti (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulmalı, xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş “Volkswagen Jetta” markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Borclu qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada cavabdeh Borclu tutulmalıdır. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin borclu icra sənədində göstərilən borcu təmin etməkdən və bununla bağlı ünvan 2al rayon İcra şöbəsinə gəlib izahat verməkdən yayınır. Borclu məcburi qaydada ünvan 2al rayon İcra şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun, tələbkarın və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Borclu icra məmurunun rəsmi çağırışlarına baxmayaraq, ünvan 2al rayon İcra şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tədbiq olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırişı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri ünvan 2al rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ünvan 2al Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(004)-349/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-349/2023
01.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver