Məhkəmə qərarları › İş №8(004)-35/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-35/2023

09.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-35/2023 09.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin Borclu mülkiyyətində olan “X3 816” yük markalı, **-NV-***, “VAZ 21140” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2917/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 3956 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. “İcra haqqında” AR Qanunun 44.4.3-cü maddəsinə könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinə əsas verir. İcraat zamanı məlum olmuşdur ki, Borclu mülkiyyətində olan “X2 816” yük markalı, **-NV-***, “VAZ 21140” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini, iş materiallarını və icra işini araşdıraraq hesab edir ki, təqdimat qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2917/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 3900 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 56 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında qərara əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2917/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Borclu xx.xx.2022-cü il tarixli qərarla icraatına başlanılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2917/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi ilə bağlı xəbərdar olunmuşdur. Belə ki, Borclu e232940/2022-53-14 nömrəli elektron kartoçkasından müəyyən olunur ki, “X2 816” yük markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21140” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da məhkəmə qətnaməsinin icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu məxsus əmlakının üzərinə həbs qoyulmasına dair təqdimat qismən təmin edilməli, Borclu mülkiyyətində olan “X2 816” yük markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin üzərinə həbs qoyulmalıdır. “X2 816” yük markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil qətnamə ilə nəzərdə tutulan məbləğin ödənilməsi üçün yetərli olduğundan təqdimat Borclu məxsus “VAZ 21140” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması hissəsində təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də boclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” AR Qanununun 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır. “İcra haqqında” Qanunun 50.1-ci və 50.2-ci maddələrinə müvafiq olaraq icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat qismən təmin edilsin. Borclu mülkiyyətində olan “X2 816” yük markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar