Məhkəmə qərarları › İş №8(004)-351/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-351/2024

08.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-351/2024 08.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Tələbkar Borclu1, Borclunun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5586/2019 nömrəli, xx.xx.2019cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasovun təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-5586/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5586/2019-011 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu1 övladı xx.xx.2015-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 12:00-dan saat 17:00-dək 5 saat ünsiyyətdə olmaq hüququ verilmişdir. Sözügedən icra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildirişi borcluya göndərilmişdir. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 44-cü maddəsinə əsasən borclu şəxsə qarşı hər hansı məcburi icra tədbirlərin görülməsi yalnız ona könüllü icra üçün müddətin verilməsindən və həmin müddətin keçməsindən sonra yol verilir. İcraat zamanı “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən borclu M.Ağayeva oğlu ilə birgə xx.xx.2020-ci il tarixdə ölkə hüdudlarını Türkiyə Respublikası istiqamətində tərk etmişlər və hazıradək geri qayıtmamışdılar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.2-ci maddəsinə əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda icraat dayandırılır. Bununla əlaqədar olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.2-ci maddəsini rəhbər tutaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5586/2019- 011 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icraatının dayandırılması məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkar Borclu1 təqdimata etiraz edərək izahatında bildirdi ki, hazırki icra işi üzrə icra məmurunun təqdimatı tam olaraq əsassızdır. Belə ki, uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarının 7.13-cü maddəsinə əsasən cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olduğu halda, məhkəmələr uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddianın təmin edilməsi qənaətinə gəldikdə, qətnamədə iddiaçı tərəfin üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsini qoymalıdırlar. Belə ki, həmin məlumatın verilməsi icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 18.1.2-ci maddəsinə əsasən ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı olan icra sənədi üzrə icraatın borclunun üzürlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduğu müddətdə, yəni səfər müddətində dayandırılması üçün əsas təşkil edər. Göründüyü kimi, icra sənədi üzrə Borclu2 İbrahim qızı icra məmuruna nə səfərlərin gedişi nədə dönüşü barədə məlumat verməmiş, eləcədə xəbərdar etməmişdir. Hazırkı məsələ üzrə icra sənədi icra edilməli olduğu təqdirdə icra məmuru icra tədbirlərini görmək istəmir və zəruri hərəkətlər etmir. O, övladı ilə 4 il ərzində icra məmurunun hərəkətsizliyi nəticəsində görüşə bilmir. Elə icra məmurunun təqdim etdiyi təqdimatdanda görünür ki, icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixində başlanılmış, icraata başlanıldıqdan və rəsmi olaraq bildiriş borcluya göndərildikdən təxminən 5 ay sonra, yəni xx.xx.2020-ci il tarixində borclu ölkə ərazisini tərk etmişdir. Ona görə də qeyd olunanları nəzərə alaraq həm borcluya icra sənədi üzrə məlumat verildiyindən həmçinin səfərin gedişi və dönüşü barədə borclu icra məmuru məlumatlandırılmadığından hazırki vəziyyətdə icraatın borclu şəxsin ölkə ərazisini üzürlü səbəblərə görə tərk etməsi halı müəyyən edilmir. Əksinə borclu onun övladı ilə ünsiyyətdə olmamağı üçün əlindən gələni edir və övladını onun razılığı olmadan ölkə ərazisini tərk edərək Türkiyə Cumhuriyyətinə qaçırmışdır. Bütün yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmədən təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi və eyni zamanda vəkili Vəkil izahatında bildirdi ki, borclu ilk oncə təhsil almaq üçün Türkiyə Respublikasına getmiş və daha sonra da, orada ailə qurmuşdur. Hazırda da, orada yaşayır. Bu onun haqqı və hüququdur. Qətnamə ilə uşaq ananın himayəsinə verilmişdir. Bu səbbədən də uşağı burda qoyub gedə bilməzdi. Əlbətdə o buradan ömürlük getməyib. Tələbkarın istinad etdiyi qərar isə tərəflər arasında mübahisə üzrə qətnamə çıxdıqdan sonrakı zaman aiddir. Bundan başqa da borclu xaricə gedəndə bu barədə onun özünə məlumat verib. Hazırda qətnamənin icra edilə bilməməsi üzürlü səbəblərə görə borclunun iradəsindən asılı olmayan haldır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.2-ci maddəsinə əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda icraat dayandırılır. Bununla əlaqədar olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.2-ci maddəsinə əsasən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)- 5586/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icraatı dayandırılmalıdır. Belə ki, iş materiallarında olan “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən borclu M.Ağayeva oğlu ilə birgə xx.xx.2020-ci il tarixdə ölkə hüdudlarını Türkiyə Respublikası istiqamətində tərk etmişlər və hazıradək geri qayıtmamışdılar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.2-ci maddəsinə əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda icraat dayandırılıra bilər. “İcra haqqında” Qanunun 44-cü maddəsinə əsasən borclu şəxsə qarşı hər hansı məcburi icra tədbirlərin görülməsi yalnız ona könüllü icra üçün müddətin verilməsindən və həmin müddətin keçməsindən sonra yol verilir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-5586/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraat dayandırılmalıdır. Göstərilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 18.1.5 və 21.2-ci maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-5586/2019 nömrəli, xx.xx.2019-cu il icra sənədinin icraatı dayandırılsın. Qərardaddan, onun rəsmi qaydada təqdim edildiyi (alındığı) andan 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar