Məhkəmə qərarları › İş №8(004)-357/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-357/2022

25.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-357/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin, X2, X1 iştirakları ilə, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 8(004)-591/2020 saylı qərardadının ləğv edilməsinə dair borclu X8 tərəfindən verilmiş ərizəyə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1132/2019 saylı, 02.05.2019-cu il tarixli icra sənədinə əsasən X4 32880 manat pul vəsaiti tutularaq X5 ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-591/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadı ilə mənim ölkədən getmək hüququm müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən borclu X12 qızı bildirmişdir ki, icra məmuru Sahib Allahverdiyev tərəfindən ona inzibati xəta haqqında protokol verilib, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli, 3(004)-2234/2020 saylı qərarı ilə 500 manat cərimə olunmuşdur. Cəriməni ödəmişdir. Mülkiyyətində əmlakı yoxdur və iş yeri yoxdur. Lakin ona cinayət işi başlanılmamışdır. Belə ki, onun Yasamal rayon icra şöbəsinin icraatında tələbkar olduğu iş vardır. İcra məmuru İsmayıl İsmayılovdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1302/2019 saylı, 18.03.2019-cu il tarixli icra sənədinə əsasən X9 ona 65630 manat pul ödəməlidir. Həmin pul ödəniləndə ona verilmədən X5 borcun ödənilməsinə razılığını vermişdir. İcra şöbəsinin depozit hesabına borcdan 150 manat ödəmişdir. Hazırda onkoloji xəstədir, müalicə üçün təcili İran İslam Respublikasına getməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 8(004)-591/2020 saylı qərardadının ləğv edilməsini, ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev etiraz edərək, borclu tərəfindən icra vərəqəsində göstərilən borcundan ödəniş etmədiyini bildirmişdir. Göstərilən səbəbdən ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1132/2019 saylı, 02.05.2019-cu il tarixli icra sənədinə əsasən X4 32880 manat pul vəsaiti tutularaq ona ödənilməlidir. Lakin bu vaxta kimi ona ödənilməli olan məbləğdən heç bir ödəniş olunmayıb. Göstərilənlərə əsasən ərizənin rədd olnumassını xahiş etmişdir. Məhkəmə ərizəni, işin sənədlərini nəzərdən keçirib borclu tərəfindən verilmiş ərizənin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq X12 qızı icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Buna görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.09.2020ci il tarixli, 8(004)-591/2020 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ müvvəqqəti məhdudlaşdırılmışdır. Hal-hazırda borclu ərizə ilə məhkəməyə müraciət edərək, ölkədən çıxışına qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsini xahiş etsə də, həmin məhdudiyyətin qoyulmasına səbəb olmuş əsasların aradan qalxması barədə ərizəsinə heç bir sənəd əlavə etməmişdir. Belə ki, “İcra haqqında” Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 8(004)-591/2020 saylı qərardadının ləğv edilməsinə dair borclu X12 qızı tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlər və Mülki Prosesual Məcəllənin 231-ci maddəsi rəhbər tutularaq, Q Ə R A R A A L D İ: Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 8(004)-591/2020 saylı qərardadının ləğv edilməsinə dair borclu X12 qızı tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar