Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-359/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.09.2017-ci il tarixli, 8(004)-1637/2017 saylı qərardadı ilə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəçi X4 tərəfindən verilmiş ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.09.2017-ci il tarixli, 8(004)-1637/2017 saylı qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aydın Hümbətovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27.09.2016-cı il tarixli, 2(004)- 13223/2016 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulması barədə təqdimatı təmin edilmiş, X1 məxsus “Chevrolet Orlando” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı, “QAZ-3302” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2123” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomaşınların üzərinə həbs qoyulması qərara alınmışdır. İş üzrə maraqlı şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 06.09.2017-ci il tarixli, 8(004)-1637/2017 saylı qərardadı ilə “VAZ-2123” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, həmin avtomobili 05.11.2006-cı il tarixdə X2 almışdır. X6 avtomobilə dair bütün səlahiyyətlərini baş etibarnamə ilə 05.11.2026-cı il tarixə kimi ona vermişdir və avtomobil istifadəsindədir. Hazırda isə istifadəsində olan əmlakın üzərində məhkəmə qərarına əsasən həbsin olması onun nəqliyyat vasitəsində istifadəsini məhdudlaşdırır. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, əmlakın üzərinə qoyulmuş həbs götürülməlidir. İş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 27.09.2016-cı il tarixli, 2(004)-13223/2016 saylı icra sənədinə əsasən borclu X2 tələbkar QSC “Bank Standard” KB-nin xeyrinə cəmi 1107,95 manat pul tutulmalıdır. 05.11.2006-cı il tarixli etibarnamə əsasında X6 tərəfindən “VAZ-2123” markalı, **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması, onun üzərində sərəncam verilməsi və digər səlahiyyətlər 05.11.2026-cı il tarixinədək X3 etibar edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27.09.2016-cı il tarixli, 2(004)-13223/2016 saylı icra sənədi üzrə tələbin təmin olunması üçün digər avtomobillərin üzərində həbsin qalması kifayət etdiyinə görə ərizə təmin edilməli, X1 məxsus “VAZ-2123” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.09.2017-ci il tarixli, 8(004)-1637/2017 saylı qərardadı qismən ləğv edilsin. X1 məxsus “VAZ-2123” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad qalan hissədə dəyişdirilmədən saxlansın. Qərardadın icrası Yasamal rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-359/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-359/2022
07.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver