Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-361/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Vəliyeva Heyvagül Valeh qızının katibliyi, X1, Borclu iştirakları ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 məhkəməyə şikayət verərək, icra orqanın, icra sənədini geri qaytarılması barədə qərarın ləğv edilməsi və icra işinin icra şöbəsinə geri göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, nikahın pozulması və aliment tələbinə dair 2(004)-1089/2019 sayı mülki iş hakim X7 icraatında olmuş, onun tərəfindən xx.xx.2019cu il tarixində onunla cavabdeh Borclu arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2007-ci il tarixdə 1397 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 onun yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu ildən başlayaraq cavabdeh Borclu hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Borclu tərəfindən ona indiyədək aliment ödənilməmişdir. İcra şöbəsi ilə maraqlandıqda ona bildirilmişdir ki, tələbkarın imtina ərizəsinə əsasən icra işi məhkəməyə geri qaytarılmışdır. O, icra sənədinin qaytarılması barədə hər hansı qərar almamış, bu qərarın mövcudluğundan alimentin ödənilməsi üçün müraciət edən zaman xəbər tutmuşdur. Daha sonra X2 13 may 2025-ci il tarixdə ərizə məhkəməyə təqdim edərək, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi və icra işinin (qətnamənin) yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və şikayət ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu şikayət ərizəsinə etiraz edərək, onun təmin olunmamasını məhkəmədən xahiş etdi. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsi və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2019 saylı, 06 may 2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu ildən başlayaraq cavabdeh Borclu hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Anar Əyyubovun xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2019 saylı, 06 may 2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Anar Əyyubovun xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişinə əsasən Borclu tələbin könüllü icrası üçün 10 gün müddətində vaxt verilmişdir. - X1 Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2019 saylı, 06 may 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2019 saylı, 06 may 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə;[53]20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir 23.1.1. tələbkarın ərizəsi əsasında; Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. İcra işindən göründüyü kimi tələbkar ərizə ilə müraciət edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etsə də, hazırda həmin ərizə əsasında qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, icra sənədi tam icra olunduğundan icraata xitam verilmişdir. Lakin icra sənədi əsasında dayanan tələb aliment tələbidir və aliment tələbi birdəfəlik deyil, vaxtaşırı icra edilməli olan öhdəliklər sırasındadır. Odur ki, həmin əsasla icra sənədinə xitam verilməsi düzgün olmamışdır. Hazırda icra sənədi üzrə icraata xitam verilməsinə əsas olan hal aradan qalxmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2019 saylı, 06 may 2019-cu il tarixli icra sənədi üzrə Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2019 saylı, 06 may 2019-cu il tarixli icra sənədi üzrə Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-361/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-361/2025
13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver