Məhkəmə qərarları › İş №8(004)-364/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-364/2024

09.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-364/2024 09.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6613/2017 nömrəli, 30 noyabr 2017-ci il tarixli icra qətnaməsinə izah verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6613/2017 nömrəli, 30 noyabr 2017-ci il tarixli qətnaməsinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6613/2017 nömrəli, 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər "xxxx" MMC-dən və X3 xx.xx.2016-ci il tarixli, 01 saylı müqavilə üzrə ödənilmiş 65000 manatdan 34700 (otuz dörd min yeddi yüz) manat məbləğində pul vəsaiti İddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Lakin, qətnamənin nə giriş, nə təsviri, nə də nəticə hissəsində ikinci cavabdehin, yəni"xxxx" MMC-nin kimliyi məlum olmadığından onun üçün problem yaranmışdır. Məhkəmə iclasında iştirak edən X2 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki X1 qətnaməyə izah verilməsinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6613/2017 nömrəli, 30 noyabr 2017-ci il tarixli qətnaməsində cavabdehlər "xxxx" MMCdən və X3 xx.xx.2016-ci il tarixli, 01 saylı müqavilə üzrə ödənilmiş 65000 manatdan 34700 (otuz dörd min yeddi yüz) manat məbləğində pul vəsaitinin İddiaçı Tələbkar ödənilməsi aydın şəkildə göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamənin məzmunundakı hüquqi terminlərdə anlaşılmazlıq mövcud deyil və qrammatik cəhətdən bütün cümlələrin mənası aydındır. Odur ki, Bakı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6613/2017 nömrəli, 30 noyabr 2017-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X1 ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6613/2017 nömrəli, 30 noyabr 2017-ci il tarixli icra qətnaməsinə izah verilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar