Məhkəmə qərarları › İş №8(004)-365/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-365/2023

31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-365/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4776/2022-017 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 5072,72 manat pul vəsaiti tutularaq, iddiaçı “Expressbank" ASC-nin nəfinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə müxtəlif tarixlərdə başlanılmış icraat zamanı icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3-cü maddəsinə əsasən, yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə, habelə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə və tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən icra edilmədikdə, borclu ölkədən getmək hüquqları icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Belə olan halda, borclunun ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.1968-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatı müdafiə edərək bildirdi ki, borclunun elektron sistemdə məlumatlarına əsasən adına heç bir əmlak qeydə alınmamış, heç bir iş yeri yoxdur. Buna görə də hesab edir ki, onun ölkədən getmək hüququ məhdudlaşdırılsa, onda icra şöbəsinə gəlib borcunu ödəməyə başlayar. Qeyd olunanlara əsasən məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X2 izahat verərək bildirdi ki, borclunun özünün və hər iki oğlunun onlarda kreditləri var və şifahi məlumata əsasən onlar qərəzli şəkildə kredit borcunu ödəməkdən yayınırlar. İcra məmuru ilə birlikdə araşdırmışlar ki, bu borclunun iş yeri, fəaliyyət sahəsi yoxdur, adına bir əmlak qeydə alınmadığı üçün bir təsir vasitəsi kimi istəyirlər ki, borclunun ölkədən getmək hüququ məhdudlaşdırılsın. Qeyd olunanlara əsasən məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri, eləcə də müvafiq icra işini araşdıraraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin təqdimatı əsaslı olduğuna görə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-710-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar