Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-371/2024 16.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, X1, Borclu iştirakları ilə, İddiaçı X2 cavabdeh Borclu qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Borclu qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən uşaqlarla birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququnun 1 il müddətinə saxlaması, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq X3 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-740/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından müvafiq icra sənədi verilməklə icraya yönəldilmişdir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar X4 məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilmiş bir illik müddətin başlanğıc tarixinin hansı vaxtdan hesablanması barədə qətnaməyə izahın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 izahatında bildirmişdir ki, hal-hazırda icra şöbəsində qətnamədə göstərilmiş bir illik müddətin başlanğıcı ilə bağlı mübahisə vardır. Ona görə də həmin bir illik müddətin başlanma vaxtı ilə bağlı qətnaməyə izah verilməsi zərurəti yaranmışdır. Bu baxımdan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi ilə bağlı ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılmağını istəmədiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X1 ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası zamanı çətinlik yaranmış, yəni qətnamədə cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququnun 1 il saxlaması müddətinin axımının hansı tarixdən başlanması barədə göstəriş qeyd edilməmişdir. Bu səbəbdən qətnaməyə izah verilməsinə zərurət vardır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdehin nikahı xx.xx.2022-ci il tarixdə ləğv olunduğundan və onlar arasında başqa razılaşma olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ saxlanmır. Lakin yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Buradan da görünür ki, cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququnun 1 il müddətinə saxlanması cavabdeh Borclu özünə bu müddət ərzində başqa yaşayış yeri tapmasının təmin edilməsi ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, qətnamə qəbul edildiyi vaxtdan 1 il ərzində cavabdeh Borclu özünə yaşayış yeri tapması kifayət qədər ağlabatan müddətdir. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən həmin müddətin axımının başlanması isə mülkiyyətçinin qanunla qorunan hüquqlarının əsassız məhdudlaşdırılması deməkdir. Görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı işi üzrə qətnamə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, həmin qətnamə xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş, qətnamənin qəbul edilməsindən onun qanuni qüvvəyə minməsinə qədər kifayət qədər, 1 il yarımdan çox müddət keçmişdir. Belə ki, qətnamədə nəzərdə tutula 1 illik müddətin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmiş mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə zidd olacaq və cavabdeh tərəfindən hüquqdan sui-istifadəyə gətirib çıxaracaqdır. Bu baxımdan, qətnamədə cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququnun 1 il müddətinə saxlaması dedikdə həmin müddətin axımının qətnamənin qəbul edildiyi tarixdən başlanması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yaranmış çətinliyin aradan qaldırılması və qətnamənin icrasının təmin edilməsi məqsədilə qətnaməyə izah verilməli, qətnamənin qət etdi hissəsindəki - “cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ 1 il müddətinə saxlansın, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq X3 təhvil verilsin” ifadələri - “cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ qətnamənin qəbul edildiyi tarixdən hesablanmaqla 1 il müddətinə saxlansın, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq X3 təhvil verilsin” kimi başa düşülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X1 ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qət etdi hissəsindəki - “cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ 1 il müddətinə saxlansın, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq X3 təhvil verilsin” ifadələri - “cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ qətnamənin qəbul edildiyi tarixdən hesablanmaqla 1 il müddətinə saxlansın, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq X3 təhvil verilsin” kimi başa düşülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xudayev Kərim
Məhkəmə qərarları › İş №8(004)-371/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-371/2024
16.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver