Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-372/2023 05.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4617/2020 nömrəli və xx.xx.2022-ci il tarixli e-2(004)-3016/2022 nömrəli icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının üzərinə həbs qoyulması haqqında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4617/2020 nömrəli icra sənədinə əsasən Borclu 57.031 manat tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-3016/2022 nömrəli icra sənədinə əsasən Borclu 10.120 manat tutularaq Tələbkar ödənilməlidir. Borclu bir neçə icra sənədi olduğuna görə, icra məmuru X4 xx.xx.2023-cü il tarixli qərarı ilə həmin icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X6 xx.xx.2023-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borclu icra sənədləri üzrə borcun könüllü ödənilməsini təmin etməmişdir, Borclu 57.031 manat və 10.120 manat borcunu tələbkara ödəməmişdir. Odur ki, borcun ödənilməsinin təmin edilməsi məqsədilə Borclu adına olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyulması zəruridir. Elektron icra sistemin məlumatından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-1600/2023 nömrəli məktubundan müəyyən edilir ki, **********32-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X1, X3, X2 və Borclu paylı mülkiyyətindədir. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, icra sənədləri üzrə borc ödənilməyib. Bu səbəbdən təqdimatın təmin olunmasını xahiş edir. İcra sənədi üzrə borcluya və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4617/2020 nömrəli və xx.xx.2022-ci il tarixli e-2(004)-3016/2022 nömrəli icra sənədlərinin icrasını təmin etmək məqsədilə X1, X3, X2 və Borclu ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,10 ha torpaq sahəsinin Borclu payının üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 50-ci və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4617/2020 nömrəli və xx.xx.2022-ci il tarixli e-2(004)-3016/2022 nömrəli icra sənədlərinin icrasını təmin etmək məqsədilə X1, X3, X2 və Borclu ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,10 ha torpaq sahəsinin Borclu payının üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-372/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-372/2023
05.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver