Məhkəmə qərarları › İş №8(004)-376/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-376/2022

25.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-376/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, Yasamal rayon Məhkəməsinin 2(004)-3692/2021 saylı, 14.06.2021-ci il tarixi icra sənədinin yenidən icraya göndərilməsi barədə tələbkar X1 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ M: Tələbkar X1 23.05.2022-ci il tarixdə şikayət verərək Yasamal rayon Məhkəməsinin 2(004)-3692/2021 saylı, 14.06.2021-ci il tarixi icra sənədi üzrə icra məmurunun “icraata xitam verilməsi” barədə qərarının ləğv edilərək icra sənədinin yenidən icraya göndərilməsini xahiş etmişdir. Tələbkar X1 25.05.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni nəzərə alıb şikayəti nəzərdən keçirərək qeyd edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: Yasamal rayon Məhkəməsinin 2(004)-3692/2021 saylı, 14.06.2021-ci il tarixi icra sənədinin yenidən icraya göndərilməsi barədə tələbkar X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar