Məhkəmə qərarları › İş №8(004)-38/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-38/2023

12.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-38/2023 12.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ : Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev xx.xx.2022-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(002)-4262/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,08 ha torpaq sahənin üzərinə həbsin qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı verən Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev xx.xx.2023-cü il tarixdə məhkəməyə məktubla müraciət edərək zərurət aradan qalxdığından təqdimatın geri qaytarılmasını xahiş etmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun, tələbkarın və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni nəzərə alıb təqdimatı nəzərdən keçirərək qeyd edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən QƏRARAALDİ: Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar