Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-381/2025 17.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, Ərizəçi (tələbkar) X3 tərəfindən verilmiş ödənilməli olan pul məbləğinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) X3 ödənilməli olan pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2254.70 (iki min iki yüz yetmiş) ABŞ dollarının 3449 manata nisbətdə məzənnəsi nəzərə alınmaqla 9 il müddətində indeksasiya edilərək ümumilikdə borcludan 12000 manat pulun xeyrinə tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2024-cü il tarxli, 2(004)-104/2024-016 nömrəli qətnaməsi ilə onun cavabdeh "xxxx" MTK (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 28.36 məhəllə) qarşı iddia ərizəsi qismən təmin edilmiş, cavabdehdən 2254,70 ABŞ dolları pulun manata münasibətdə mənzənnəsi nəzərə alınmaqla məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, iş üzrə icra vərəqəsi verilmiş və Yasamal rayon İcra Şöbəsi xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Lakin borclu icradan yayınmış, icra etməkdən imtina etmiş və icra vərəqəsi hərəkətsiz saxlanılmışdır. Beləliklə məhkəməyə ərizə verib ödəniləcək borc məbləğinin 3833 manatın 9 il ərzində indeksasiya edilərək cavabdeh- borcludan alınaraq ona ödənilməsini xahiş etmişdir. xx.xx.2007-ci il tarixdə cavabdeh-Borclu MTK-vi ilə Kooperativ binanın mənzil tikintisi haqqında müqavilə bağlayaraq ümumi sahəsi 97.82 kv.m. olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi 2836 məhəllə ünvanında yeləşən binanın 2-ci yaşayış mərtəbəsində 8 nömrəli mənzili almışdır. Həmin mənzilə görə cavabdehə 52.264 ABŞ dolları pul ödəmişdir. Mənzilin təmirinə xeyli xərc çəkərək təmir etdirmiş və 9 ildir ki, ailəsi ilə birgə həmin mənzildə yaşayır. Mənzilin təmiri zamanı müəyyən ölçmələr nəticəsində müəyyən edildi ki, ona satılmış həmin mənzilin ümumi sahəsi 97.82 kv.m. deyil. Bu səbəbə görə də "xxxx" MMC-nə müraciət edərək mənzilin ümumi sahəsinin müəyyən edilməsini və bu barədə müvafiq sənəd verilməsini xahiş etmişdir. Ölçmə nəticəsində müəyyən edildi ki, mənzilin sahəsi faktiki olaraq 90 kvm.-dir. Beləliklə müəyyən edildi ki, cavabdehin rəhbərliyi onu aldadaraq mövcud olmayan 7.82 kv.m. mənzil sahəsinin pulunu almışlar. Borclu 9 ildir ki, onun pulunu qaytarmır, pulundan qanunsuz faydalanır. Hazırda borclu müxtəlif yollarla pulunu qaytarmaqdan imtina edir, beləki ünvanını dəyişir, İcra Şöbəsinin tələblərinə əhəmiyyət vermir, qərəzli şəkildə icraata başlamaq və tələbin könüllü icra edilməsi haqqında qərarı qəbul etməkdən imtina edir. Hazırda Azərbaycan Respublikası Statistika Komitəsinin məlumata görə pulun illik indeksasiya faizi 347.8 faizdir. Yəni borc məbləğinin hər ili 347.8 faiz təşkil edir, ona görə də məbləğ indeksasiya edilməli və alınaraq ona ödənilməlidir. Beləliklə 2254.70 ABŞ dolları x 1.70 man.= 3449 manat təşkil edir. 3449 man. x 348 %illik =12.000 manat təşkil edir. İcra sənədi üzrə tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri və icra işini araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 104/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu MTK-dan 2254,70 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı X2 verilməlidir. İcra sənədi 04 dekabr 2024-cü il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarxili bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü olaraq icra edilməsi barədə Borclu MTK-ya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusu üzrə cavab məktubuna əsasən 2024-cü ilin noyabr ayından 2025-ci ilin aprel ayınadək bəzi qida məhsullarının orta aylıq pərakəndə satış qiymətləri və istehlak qiymətləri indeksləri haqqında məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin, məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir: " Beləliklə, Konstitusiya və beynəlxalqhüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir....Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qovulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına - əzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Qanunun 26- cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir" Məhkəmə qeyd edir ki, ərizəçinin tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə Borclu MTK-dan tutularaq iddiaçı (tələbkar) kimi ona ödənilməli olan 2254,70 ABŞ dolları (iki min iki yüz əlli dörd dollar yetmiş sent) – 3833 (üç min səkkiz yüz otuz üç) manat pul məbləğinin indeksasiya olunmasından ibarətdir. Araşdırılmış sübutlarla, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra sənədinin borclu tərəfindən bugünədək icra edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş istehlak qiymətləri indeksi haqqında xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayından 2025-ci ilin aprel ayınadək ayına nisbətən orta hesabla, 3,6% təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə icraat 04 dekabr 2024-cü ildə icraata başlanıldığından, ərizəçi X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra vərəqəsi ilə ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsi qismən təmin edilməli, həmin icra vərəqəsi üzrə Borclu MTK-dan tutulmalı olan borc - 3833 (üç min səkkiz yüz otuz üç) manat indeksasiya edilməklə 3833 manat x 3,6%:100%= 137,98≈138 (bir yüz otuz səkkiz) manat həcmində icra edilməlidir. Belə ki, ərizəçi borc tələbinin 9 il müddətində indeksasiya edilməsini tələb etsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra vərəqəsi 04 dekabr 2024-cü il tarixdə icraya yönəlmişdir. Buna görə də, indeksasiya 2024-cü ilin dekabr ayından ərizə məhkəməyə verildiyi tarixədək, yəni xx.xx.2025-ci il tarixədək hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 231,232, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı, 15 oktyabr 2024cü il tarixli icra vərəqəsi üzrə Borclu MTK-dan tutulmalı olan cəmi 3833 (üç min səkkiz yüz otuz üç) manat indeksasiya edilməklə 138 (bir yüz otuz səkkiz) manat həcmində icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-381/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-381/2025
17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver