Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-386/2022 22.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Tələbkarın nümayəndəsi və vəkli X4, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1980-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 159800 ABŞ dolları tutularaq X5 ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu mülkiyyətində hər-hansı dəyərli əmlakın və ya gəlirlərin olub-olmaması məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Həmçinin həyata keçirilmiş digər zəruri icra tədbirləri ilə yanaşı iş üzrə Borclu əmək haqqından hər ay 50% (əlli faiz) tutulması üçün “X12 Azerbaijan” MMC-yə xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur. Əmək haqqındnan tutulmalar və iş üzrə borclu tərəfindən əlavə ödənişlər hesabına bu günə qədər şöbənin depozit hesabına cəmi 17501,1 manat daxil olmuşdur. Borclu haqqında inzibati qaydada protokol tərtib edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 3(004)-1862/2020 saylı, xx.xx.2020-ci tarixli qərarına əsasən 500 (beş yüz ) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Qeyd edilənlərdən əlavə olaraq İş üzrə tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X6 18.01,2020-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görülməsini xahiş etmiş və bununla əlaqədar xx.xx.2021-ci il tarixdə “borclunun cinayət məsuliyyətinə cəlb edilməsi barədə” təqdimat Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi üçün aidiyyatı üzrə müraciət edilmiş və xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayyət işinin başlandığı müəyyən edilmiş, lakin həmin cinayət işinin icraatına xx.xx.2021-ci tarixli qərarla əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə uyğun olaraq xitam verilmişdir. Həmçinin əldə olunan məlumata əsasən Borclu ölkəni tez-tez tərk edir, belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkli X8 təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası ilə bağlı bildirişi xx.xx.2020-ci il tarixdə almışdır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılabilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, icra sənədi əsasında borclu X2 icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə borclu X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 492, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №8(004)-386/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-386/2022
22.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver