Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-387/2024 26.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Borclu iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, borclu xx.xx.1992-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığım Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024-024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanakimi saxlanılması üçün cavabdeh Borclu hər ay 235 (ikiyüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İş üzrə Borclu xx.xx.2024-cü il tarixdə könüllüicra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrləşifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranıtəmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdəndə borcun ödənilməsitəmin edilməmişdir. Hazırda Borclu 1010 manat aliment borcu vardır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçünmüəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün vəölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getməkhüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, icra sənədinin icrasından yayınmır, indiyədək 500 manat aliment ödənişini etmişdir. Qalan borcunu da qısa müddətdə ödəyəcəyinə söz verir. İşi ilə əlaqədar ölkə hüdudlarını tərk etməli olur. Ölkədən getmək hüququ məhdudlaşdırılacağı halda gəlir əldə etməkdən məhrum olacaq və icra sənədinin icrasını təmin edə bilməyəcəkdir. Odur ki, məhkəmədən təqdimatın təmin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və icra məmuruna qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki,tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 anası iddiaçı Tələbkar yanında qalması müəyyən edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamə aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. xx.xx.2024-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış, Borclu icra sənədində göstərilən tələbi 10 gün müddətində təmin etməsi təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. Borclu bildirişi xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, borclu tərəfindən 100 manat pul aliment ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, borclu tərəfindən 200 manat pul aliment ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, borclu tərəfindən 100 manat pul aliment ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki,tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 anası iddiaçı Tələbkar yanında qalması müəyyən edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamə aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İcra sənədindəki qəbzlərdən görünür ki, cavabdeh tərəfindən icra sənədinin üzürsüz olaraq icra etməməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024 saylı, xx.xx.2024-cü il icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024 saylı, xx.xx.2024-cü il icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-387/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-387/2024
26.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver