Məhkəmə qərarları › İş №8(004)-39/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-39/2024

23.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-39/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-2515/2015 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə izah verilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-2515/2015 nömrəli icra sənədinə əsasən Borclu MTK ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 0019 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və cavabdeh X3 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən 19 saylı mənzildən çıxarılmalıdır. Borclu MTK-dan 32.000 manat pul tutularaq X2 ödənilməlidir. İcra vərəqəsi xx.xx.2016-cı il tarixdə verilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov xx.xx.2023cü il tarixli ərizə ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-2515/2015 nömrəli icra sənədinə izah verilməsini, icra sənədinin aidiyyatı üzrə hansı icra şöbəsi tərəfindən icra edilməsinə izah verilməsini xahiş etmişdir. İcra məmuruna və Borclu MTK-ya ərizəyə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Tələbkar mərhum X1 hüquqi varisi Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-2515/2015 nömrəli icra sənədinə əsasən Borclu MTK-dan 32.000 manat pul tutularaq X2 ödənilməlidir. X3 xx.xx.2016-cı ildə ölmüşdür. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o, mərhum xalası X1 vərəsəsi tanınmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-2515/2015 nömrəli icra sənədi üzrə xx.xx.2016-cı ildə ölmüş X3 vərərəsəsi xx.xx.1987-ci il təvəllüdlü Tələbkar ilə əvəz edilmişdir. Hazırkı vaxta kimi icra sənədi icra edilməmiş, Borclu MTK-dan 32.000 manat pul tutularaq tələbkar X1 vərəsəsi kimi ona ödənilməmişdir. Məhkəmə tələbkarların nümayəndə və vəkillərinin izahatını dinləyib, icra məmurunun ərizəsini və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. AZEMİS-dən əldə edilmiş məlumatdan müəyyən edilir ki, Borclu MTK xx.xx.2004-cü ildə AZ1130, Bakı şəhəri Binəqədi rayonu keçid 304 ev 3 mənzil 11 ünvanda hüquqi şəxs kimi qeydiyyata alınmışdır (VÖEN **********). Hüquqi şəxsin qanuni təmsilçisi - xx.xx.1962-ci ildə Daşkəsən rayonu Muşavaq kəndində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan X5r (FİN 2403BYQ). Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)- 2515/2015 nömrəli icra sənədi borclu hüquqi şəxs Borclu MTK-nın hüquqi ünvanı - AZ1130, ünvan 2 üçün düzgün olaraq Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir və icra sənədi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən borclu hüquqi şəxs Borclu MTK-nın və onun qanuni təmsilçisi olan X4 barəsində məcburi icra tədbirləri həyata keçirilməklə icra edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-2515/2015 nömrəli qətnaməsi anlaşılan ifadələrlə yazılmışdır və icra sənədinə əsasən Borclu MTK-dan 32.000 manat pul tutularaq mərhum tələbkar X1 vərəsəsi Tələbkar ödənilməlidir. Borclu MTK-nın pul vəsaitinin, əmlakının axtarılması, üzrərinə həbs qoyulması, hüquqi şəxsin rəhbərinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməsi icra məmurunun vəzifəsi olmaqla, “İcra haqqında” qanunun tələblərinə əməl edilməklə həyata keçirilməlidir. İcra sənədinə izah verilməsinə zərurət yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-2515/2015 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə izah verilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar