Məhkəmə qərarları › İş №8(004)-39/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-39/2025

21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-39/2025 21.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Tələbkarın nümayəndəsi Nümayəndə iştiraki ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024-024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024-024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Borclu tutularaq X2 ödənilməlidir. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə Borclu xx.xx.2024-cü il tarixdə könüllüicra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunmamış və 1.685 manat gecikdirilən aliment borcunun ödənişi həyata keçirilməmişdir. Borclu hazırda aliment borcu mövcuddur. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. İcra sənədi üzrə borclu təqdimata etiraz verərək bildirmişdir ki, aliment üzrə öhdəliklərini hər ay vaxtında olmasa da, davamlı olaraq edir. Qarşı tərəfi də bu barədə məlumatlandırır. Tələbkarın da heç bir şikayəti yoxdur. İcra məmurunun səhv məlumatlarla təqdimat verməsini anlaya bilmir. Aliment üzrə qalıq borc səhv qeyd olunub. Odur ki, təqdimatın əsassız hesab edilərək təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Nümayəndə izahatınd bildirmişdir ki, borclunun etirazda göstərdikləri həqiqəti əks etdirmir. Borclu tərəfindən aliment öhdəliyi vaxtında icra olunmur. Yalnız şikayət olduğu halda, icra məmuru onun barəsində təqdimat verən zaman müəyyən ödəniş etmişdir. Hal-hazırda 1685 manat ödənilməyən aliment borcu qalmaqdadır. Odur ki, icra məmurunun təqdimatının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya və icra məmuruna qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyərək, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki,tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 anası iddiaçı X1 yanında qalması müəyyən edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamə aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. xx.xx.2024-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış, Borclu icra sənədində göstərilən tələbi 10 gün müddətində təmin etməsi təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. Borclu bildirişi xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, borclu tərəfindən 100 manat pul aliment ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, borclu tərəfindən 200 manat pul aliment ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, borclu tərəfindən 100 manat pul aliment ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 990/2024-024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1992-ci il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1992-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar