Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-390/2024 26.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2019 nömrəli, 28 fevral 2019-cu il tarixli qətnaməsinə izah verilməsinə dair iddiaçı X2 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2019 nömrəli, 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə ünvan 1 mənzilin ½ hissəsinə iddiaçı X2, ½ hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi və həmin hissəyə pay hüquqlarının tanınması qət edilmişdir. Hazırda iddiaçı X3 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(004)-649/2019 nömrəli qətnaməsində göstərilən ünvan 1 ünvanda yerləşən mənzil ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmiş ünvan 2 ünvanda yerləşən mənzil olması barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(004)-649/2019 nömrəli qətnaməsinə müvafiq izah verilməsinin təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(004)-649/2019 saylı qətnaməsi ilə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MTK-ya qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək ünvan 1 mənzilin 1/2 hissəsinə iddiaçı X2, 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilmiş və həmin hissəyə pay hüquqları tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(004)- M9/2019 saylı icra sənədi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 08 may 2024-cü il tarixli 150419/2024-xx-xx-0024403 saylı məktubu ilə aidiyyət üzrə icra olunması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Həmin idarədən Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş 06 iyun 2024-cü il tarixli,3-21-3-30/2-21147/2024- **********47 saylı cavab məktubunda göstərilir ki, “...Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2019 saylı, 28 fevral 2019-cu il tarixli icra vərəqəsinin icrasına dair ********** və ********** saylı müraciətlərinizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, icra vərəqəsində qeyd edilən ünvan 1 mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh adına Bakı şəhəri,Yasamal rayonu,Q.Xəlilov küçəsi ev 6, 3 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 649/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası tərəfimizdən mümkün olmamışdır. Qeyd olunan məsələyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən münasibət bildirilməsi məqsədə müvafiqdir.” BDU Maraqlı şəxs MTK tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 27 iyun 2024- cü il tarixli, K-03 saylı məktubda göstərilir ki, “ ... Yasamal rayonu, Q.Xəlilov küçəsi,ev 2, 3-cü mərtəbədə, 3 saylı,3 otaqlı mənzil,Bakı şəhəri,Yasamal rayonu,Qurban Xəlilov küçəsi,ev 6, 3-cü mərtəbədə, 3 saylı, 3 otaqlı mənzilin eynidir”. Qeyd olunanlardan aydın olur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(004)-649/2019 saylı qətnaməsində göstərilən ünvan 1 ünvanda yerləşən mənzil ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmiş ünvan 2 ünvanda yerləşən mənzil eyni mənzildir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi 28 fevral 2019-cu il tarixdə çıxarıldıqdan sonra həmin evin əvvəlki 2 nömrəsi dəyişdirilərək sonradan 6 nömrəsi ilə əvəz edilmişdir. Ona görə də qeyd olunanlarla əlaqədar olaraq adı çəkilən qətnaməyə izahın verilməsi zəruruəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi X3 ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.4.-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyrimüəyyən məsələlərin aradan qaldırılmasıdır. Beləliklə məhkəmə hesab edir ki, qətnamə aydın və anlaşılan olduğundan, qətnamədə ziddiyətli məqamlar aşkar olunmadığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 649/2019 nömrəli, 28 fevral 2019-cu il tarixli qətnaməsinə izah verilməsinə dair iddiaçı X2 ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2019 nömrəli, 28 fevral 2019-cu il tarixli qətnaməsinə izah verilməsinə dair iddiaçı X2 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №8(004)-390/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-390/2024
26.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver