Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-392/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X12-Məmmədova Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, X1, Tələbkar, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X5 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından borclu X7 tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə borclu X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra şöbəsinin “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal rayon icra probasiya şöbəsində icraçısının icraatında iddiaçı Tələbkar uşaqla ünsiyyət tələbi ilə bağlı mülki işlə bağlı qətnaməsi vardır. Lakin, icraçı etik normalara uyğun hərəkət etmir, övladlarına təzyiqlər və təsirlər göstərmişdir. Övladlarının üstünə qışqırıb onların ataları ilə məcbur görüşməsini tələb etmişdir. Uşaqlara ataları ilə görüşmədiyi təqdirdə onları otaqda saxlayacağını onların ataları ilə görüşəcəyi təqdirdə gedə biləcəyini bildirərək onlara ciddi təsirlər göstərmişdir. Uşaqlar görüşdən imtina edib, anaları ilə görüşmə istəmədiyini bildirsələrdə icraçı uşaqlara kobud yanaşmışdır. İçracı bir tərəfli mövqe daşıyaraq uşaqların mənafeyini kobud şəkildə pozmuşdur. Qeyd etmək istəyirəm ki, icra məmuru Paşazadə Paşa onun haqqında əsassız şəkildə məcburi gətirilmə qərarı çıxarmışdır. Beləki, övladları xx.xx.2025-ci il tarixdə mütəxəssislə birlikdə görüşə çağrılmış, lakin, övladlarının diş ağrısı olmuş və dişlərinin ağrısı onların səhhətində ciddi problemlər yaratdığı üçün getməmişdilər. O, icra məmuruna bunu bildirdi və övladlarının diş ağrısından əziyyət çəkdiyini, evdən çıxmaq üçün səhhətlərinin yaxşı olmadığı bildirərək, atasının istəsə gəlib evdə görə biləcəyini söylədi. Lakin, icra məmuru əsassız şəkildə haqqında məcburi gətirmə qərarı çıxarmışdır. Qeyd etmək istəyir ki, övladlarını düşünən ata onların halsız, xəstə olduğunu bildiyi halda nə bir dəfə zəng, nədə yaşadıqları ünvana gələrək onları görməmişdir. İcra məmuru Paşazadə Paşanın haqqında çıxardığı qərar əsassız və qanunsuzdur. O, qərarda telefonları açmadığını desə də ona uşaqların xəstə olduğunu və buna görə iştirak edə bilmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən borclu X7 şikayəti müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, onun məcburi qaydada gətirilməsinə lüzum yoxdur, o özü çağırışlara gəlir. Oktyabrda nikahları pozulub, noybarda uşaqlarla ünsiyyətlə bağlı tələbkar iddia qaldırıb. Nə vaxt istəsə uşaqlarla görüşür, lakin elə göstərir ki, guya o uşaqlarla görüşünə icazə vermir. Bir dəfə uşaqlar xəstə olduğuna görə görüşə gətirə bilməmişdir. Onları diş həkiminə aparmışdır. Uşaqlarda qlükoz çatışmazlığı və digə problemlər var. Tam müalicəyə onun maddi imkanı yoxdur. Qarşı tərəfin ona yaşatdığı stresə görə xəstələnmiş və müalicə almışdır. Buna görə xaricə getmişdir. Uşaqların isə xaricə çıxışına ataları icazə vermir. Birlikdə yaşadıqları dövrdə onun laqeydliyi, şiddətinə görə uşaqlar görüşmək istəmirlər, o, uşaqları məcburi şəkildə gətirir. Bu müddətdə cəlb olunan mütəxəssislərin uşaqları düzəldəcəyinə inanmışdır. Qeyd edir ki, qarşı tərəf ona illərlə hədə qorxu gəlib, ona qarşı mənfi rəy formalaşdırmağa çalışıb. Qətnamə ilə nəzərdə tutulan uşaqların ataları ilə sərbəst görüşünü təmin edir. Görüşün aparıldığı otağa daxil olmur, onlara müdaxilə etmir. Bildirir ki, uşaqlar xəstələnən zaman xəstəxanaya müraciət etmişdir. Sonuncu dəfə diş ağrısı çəkirdilər, lakin bununla bağlı həkimdən arayış gətirməsi mümkün olmayıb. Uşaqları tam psixi sağlamdırlar, məktəbə gedirlər, dərslərində əlaçıdırlar, bir neçə dil bilirlər. Tələbkar Orvita Psixologiya və Reabilitasiya mərkəzindən öz tanış psixoloqunu cəlb edərək, rüşvətlə qərəzli rəy yazdırmışdır. İcra məmuru bildirmişdi ki, İcra şöbəsinin rəisi təşkil etmişdir. O da inaraq uşaqları mərkəzə gətirmişdir. Hətta uşaqları Qarayevdə yerləşən mərkəzə də aparmışdır. Uşaqların bütün sözləri, həmçinin onun ifadələrinin hamısı qeyd olunmamış, tələbkarın dedikləri isə 1-2 səhifə boyunca yazılmışdır. Onunla evli olduğu vaxtlarda tələbkar ona hədə-qorxu gəlirdi, indi isə həyata keçirir. O, uşaqlarla yalnız icra şöbəsində görüşür, parkda, əyləncə mərkəzində görüşmür. Hesab edir ki, uşaqların mənafeyi, onların fikirləri nəzərə alınmır. Bir dəfə 18 yanvarda uşaqları məcburi şəkildə icra şöbəsinə apardılar, ondan sonra uşaqlar bir də getmək istəmədilər. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X8 şikayətə etiraz edərək, onun təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, onun “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından borclu X7 tərəfindən verilmiş şikayət Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-531/2024 qərardadı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-56/2025 xx.xx.2025-ci il qərardadı ilə şikayət təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-531/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu dəfə tərəfimizdən xx.xx.2025-ci il tarixli qərarla mütəxəssisin dəvət edilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmişdir. Hər həftə mütəxəssis cəlb etmək mümkün olmur. Qeyd olunan icra sənədi ilə bağlı xx.xx.2025-ci il tarixə mütəxəssisin təyin olunması ilə bağlı qərar qəbul edilərək iş üzrə borcluya rəsmi qaydada məlumat verilmiş, bu barədə xx.xx.2025-ci il tarixdə qəbul etdiyini yazaraq imza etmişdir, lakin borclu uşaqları ilə birlikdə həmin tarixdə Yasamal rayon icra şöbəsinə gəlməmişdir. Bir gün qabaqcadan bildirmişdir ki, uşaqlar xəstədir, dişi ağrayır. Ondan öncəki görüşdə də bildirmişdi ki, uşaqlar xəstədir. Əgər uşaqlardan biri xəstə olsa belə, digərini icra şöbəsinə gətirə bilmir. Həmin tarixdə borclunun nömrəsi ilə əlaqə saxlanıldı, lakin borclu telefon zənglərinə cavab verməmişdir. Daha sonra ona yazıldı ki, icra şöbəsinə yaxınlaşsın, əks halda inzibati protokol tərtib ediləcək. Lakin borclu icra şöbəsinə gəlməmiş və hər hansı bir üzrlü hal olmasını təsdiq edən sənəd də təqdim etməmişdir. Hətta bir dəfə təqdim etdiyi arayışı araşdırmaq üçün həkimlə əlaqə saxlamışdır, lakin məlum olmuşdur ki, həkimin getdiyi ünvan borclunun faktiki yaşadığı ünvan deyil. Qeyd olunan hallara əsasən, hesab edir ki, borclu barəsində qəbul etdiyi qərar əsaslı olmuşdur. Məhkəmə iclasında iştirak edən Tələbkar şikayətə etiraz edərək, izahatında bildirmişdir ki, hazırki iş bir il yarımdır davam edir. Borclu uşaqları manipulyasiya edir. Uşaqları ilə sərbəst görüşmələri mümkün olmur. Borclu özü psixoloqa və icra məmuruna rüşvət verməyə çalışır, lakin günahı onun üzərinə atır. Hesab edir ki, məcburi gətirilmə əsaslı olmuşdur. Məhkəmə tələbkarın izahatını dinləyib, şikayət ərizəsi, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, verilmiş şikayət ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, iddiaçı Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək, 6 (altı) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilməli, iddiaçı Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 10:00-dan saat 17:00-dək, 7 (yeddi) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilməli, iddiaçı Tələbkar valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq övladı - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamı günləri 1 (bir) saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, telegram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququ müəyyən edilməli, bu hissədə ünsiyyətdə olmaq qaydası X7 tərəfindən təşkil edilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “mütəxəssisin dəvət edilməsi haqqında” qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1816/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması və borclu X6 10 gün müdəttində icranı könüllü olaraq təmin etməsinin təklif olunması qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədi üzrə icraata başlanılması barədə” qərarından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmaları üçün Azərbayan Respublikası Səhiyyə Nazirlyindən nümayəndə (psixoloq) dəvət edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli ”borclunun məcburi gətirilməsi haqqında” qərarın surətindən görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan borclu X7 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlmədiyi halda onun məcburi qaydada şöbəyə gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Həmin qərarın məzmunundan görünür ki, “…Qeyd olunan icra sənədi ilə bağlı xx.xx.2025-ci il tarixə mütəxəssisin təyin olunması ilə bağlı qərar qəbul edilərək iş üzrə borcluya rəsmi qaydada məlumat verilmiş, lakin borclu uşaqları ilə birlikdə həmin tarixdə Yasamal rayon icra şöbəsinə gəlməmişdirlər. xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən borclunun 070-333-75- 79 nömrəsi ilə əlaqə saxlanıldı, lakin borclu telefon zənglərinə cavab verməmişdir. Bununla bağlı X1 ***-***-**-** nömrəsinin whatsapp proqramı vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Yasamal rayon icra şöbəsinə yaxınlaşmağı bildirilmiş və barəsində inzibati protokol tərtib olunması barədə xəbərdarlıq edilmiş, lakin həmin tarixdə şöbəyə yaxınlaşmamışdır.” Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edilmişdir. Belə ki, tərəflərin izahatlarından, işdə olan sənədlərdən və borclu ilə icra məmuru arasında olan yazışmalardan görünür ki, icra məmuru tərəfindən borcluya dəfələrlə icra şöbəsinə yaxınlaşması ilə bağlı xəbərdarlıq edilmiş, əks halda barəsində inzibati tədbirlər görüləcəyi bildirilmiş, lakin o icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından borclu X7 tərəfindən verilmiş şikayət əsassız olduğundan rədd edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından borclu X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-392/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-392/2025
03.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver