Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-397/2024 30.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Tələbkar, Borclu "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-65/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu "xxxx" MMC-nin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-65/2022 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar işdən azad olunduğu xx.xx.2020-ci ilədək hesablanmış 3830,59 manat əmək haqqı və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 2373,3 manat kompensasiya, əmək haqqının gecikdirilməsinə görə gündəlik 1 faiz ödəncin verilməsi qismində 6200,45 manat olmaqla, cəmi 12404,34 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq ödənilməsi qət edilmişdir. Borclu "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-65/2022 saylı qətnaməsinin hissə-hissə, Tələbkar hesabına hər ay 1000 manat ödənilməklə öhdəliyin icrası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, müəssisə praktiki olaraq gəlir əldə etmədiyindən, müəssisənin hesabında vəsait olmadığından, yaxın gələcəkdə cavabdeh hüquqi şəxsin maliyyə vəziyyətinin qənaətbəxş olması real görünmür və bu səbəbdən 2(004)- 65/2022 saylı icra vərəqəsi üzrə cavabdeh "xxxx" MMC olaraq Tələbkar ümumilikdə 12404,34 manat vəsaitin birbaşa ödənməsi mümkünsüzdür. Bundan sonra Tələbkar məhkəməyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-65/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu "xxxx" MMC-nin ərizəsinə etiraz təqdim edərək etirazında bildirmişdir ki, "xxxx" MMCnin üzərinə düşən öhdəliyin 12 aya bölünərək hər ay 1000 manat ödənilməsinə etiraz edir. Cavabdeh "xxxx" MMC-nin ümumi məhkəmə prosesinin ilk günündən 3 il və 8 ay ödənişin qismən ödənilməsi üçün kifayət qədər vaxtı olmuşdur. Məhkəmə iclasında iştirak edən Tələbkar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-65/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu "xxxx" MMC-nin ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-65/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, lakin, o, məhkəmə iclasına gəlməmiş və məhkəmə müvafiq ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-65/2022 saylı icra vərəqəsinə əsasən iddiaçı Tələbkar işdən azad olunduğu xx.xx.2020-ci ilədək hesablanmış 3830,59 manat əmək haqqı və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 2373,3 manat kompensasiya, əmək haqqının gecikdirilməsinə görə gündəlik 1 faiz ödəncin verilməsi qismində 6200,45 manat olmaqla, cəmi 12404,34 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq ödənilməlidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-65/2022 saylı icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 1000 manat məbləğində olmaqla 12 ay müddətində hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Borcun 12 ay müddətində ödənilməsi icra sənədinin ağlabatan müddət kimi qəbul edilməsi mümkün olmayan uzun müddət ərzində ödənilməsi ilə nəticələnəcəkdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-65/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu "xxxx" MMC-nin ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-397/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-397/2024
30.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver