Məhkəmə qərarları › İş №8(004)-4/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-4/2025

28.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-4/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1259/2021 saylı, 09 iyun 2021-ci il tarixli icra sənədi üzrə tələbkar X1 “ödənilməli pul məbləğlərinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1259/2021 saylı, 09 iyun 2021-ci il tarixli icra sənədi üzrə tələbkar X9 “ödənilməli pul məbləğlərinin indeksasiyası”na dair ərizə ilə məhkəməyə müraciət edərək, qanuni qüvvədə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)-1259/2021 saylı, 09 iyun 2021 -ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin yəni 48x350 =16.800 manat ödənilməli olan pul məbləğinin 2024-cü ilin noyabr ayınadək hesablanaraq indeksasiya edilməklə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, iddiaçı X9 hazırki iş üzrə cavabdeh Borclu ilə 14 fevral 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan iki övladı 06 aprel 2007-ci il təvəllüdlü X11 və 16 mart 2009-cu il təvəllüdlü X12 anadan olmuşdur. Aralarında olan münasibətlərin pozulmasına görə onların ailələri formal xarakter daşımış, xasiyyətlərin uyğun gəlməməsi ailənin faktiki olaraq, dağılmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)- 1259/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, onunla cavabdeh Borclu arasında Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixli 121 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, onunla cavabdeh Borclu birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X12 anaları X1 himayəsində saxlanılması, xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2020-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, hazırki qətnamədən apellyasiya şikayəti verilməmiş və qərar icraya yönəldilmişdir. Bugünədək məhkəmə qətnaməsi aliment hissəsində icra edilməmiş və aliment məbləği yığılaraq şişmişdir. İddia ərizəsi məhkəməyə 17 dekabr 2020-ci il tarixində daxil olmuş, lakin məhkəmə qətnaməsinin xx.xx.2021-ci il tarixdən qanuni qüvvəsini aldığını nəzərə alsalar, aliment məbləğinin hesablanması xx.xx.2020-ci il tarixdən başlanmışdır. Həmin dövrə nisbətdə 2024-cü ilin noyabr avında istehlak qiymətlərin səviyyəsinin artımına uyğun olaraq, borcludan tələbkarın xeyrinə tutulmalı olan pul məbləğinin ideksasiya edilməsini və həmin məbləğin borcludan o tələbkarın xeyrinə tutlmasını xahiş etdi. Belə ki, pul məbləğinin indeksasiyası dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, borcludan tələbkarın xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Məhkəmə iclasının vaxtı və yeri barədə aidiyyəti üzrə tələbkar, borclu və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə istinad edərək, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1259/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi; iddiaçı X10 ilə cavabdeh Borclu arasında Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixli 121 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; iddiaçı X10 ilə cavabdeh Borclu birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X14 anası X2 himayəsində saxlanılması; xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X6 ödənilməsi; alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən hesablanması; alimentin tutulması hissəsinin dərhal icra edilməsi; birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 65c saylı qeyri-yaşayış binasının bir hissəsinə (0.02046 ha torpaq sahəsi və 63.1 kv.metr qeyri-yaşayış sahəsi), “NİSSAN MAXİMA” minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “KAMAZ 55111” yük markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “VAZ 21074” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçı X2 1/2 hissədə payın müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3476/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi; Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1259/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 06 aprel 2007ci il təvəllüdlü X7 və 16 mart 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu iddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı artırılması; 06 aprel 2007-ci il təvəllüdlü X7 və 16 mart 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 07 sentyabr 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3476/2023 saylı, 25 iyul 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin sorğuya cavab 24 yanvar 2025-ci il tarixli məktubuna əsasən Borclu Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 1259/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü tarixədək yığılmış aliment borcu (350 manat x 32 ay = 11200 manat) və həmin Məhkəmənin 2(004)-3476/2023-009 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədi üzrə 25.11,2024-cü il tarixədək aliment borcu (440 manat x 14 ay = 6160 manat) ümumilikdə 17360 manat təşkil edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytından (https://www.azstat.gov.az/pr03101011/) əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, istehlak qiymətləri indeksi 2021-ci ildə 106,7 %, 2022-ci ildə 113,9 %, 2023-cü ildə 108,8 %, 2024-cü ildə 102,2 % təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizə üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı məbləğlərin müvafiq indeksasiyasını həyata keçirə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1259/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X6 ödənilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3476/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən müvafiq qətnamə ilə tutulan alimentin miqdarı artırılması; 06 aprel 2007-ci il təvəllüdlü X7 və 16 mart 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Hazırda tələbkar Yasamal Rayon Məhkəməsinin 2(004)-1259/2021 saylı, 09 iyun 2021 -ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin, yəni 48x350 =16.800 manat ödənilməli olan pul məbləğinin 2024-cü ilin noyabr ayınadək hesablanaraq indeksasiya edilməklə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin sorğuya cavab məktubuna əsasən Borclu Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1259/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü tarixədək yığılmış aliment borcu (350 manat x 32 ay = 11200 manat) və həmin Məhkəmənin 2(004)-3476/2023-009 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə 25.11,2024-cü il tarixədək aliment borcu (440 manat x 14 ay = 6160 manat) ümumilikdə 17360 manat təşkil edir. Yuxarıda qeyd olunan və ayrı-ayrı illərə aid qeyd olunan istehlak qiymətləri indeksini hazırkı iş üzrə hər il üçün ödənilməmiş aliment məbləğlərinə tətbiq etdikdə isə borclu tərəfindən ödənilməmiş alimentin indeksasiyası aşağıdakı kimi müəyyən olunur: 1) 2021-ci il üçün 281,4 manat (4200 manat x 106,7% = 4481,4; 4481,4- 4200=281,4) 2) 2022-ci il üçün 583,8 manat (4200 manat x 113,9% = 4783,8; 4783,8- 4200=583,8), 3) 2023-cü il üçün 401,28 manat (4560 (2800+1760) manat x 108,8 % = 4961,28; 4961,28-4560=401,28) 4) 2024-cü il üçün 96,8 manat (4400 manat x 102,2% = 4496,8; 4496,8-4400=96,8) Ayrı-ayrı illərə hesablanmış həmin indeksasiya məbləğlərin cəmi isə 1363,28 manat təşkil edir. Bu baxımdan məhkəmə hesab edir ki, 17360 manat məbləğinin indeksasiyası aparılaraq tələbkara əlavə olaraq 1363,28 manat ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Borclu tərəfindən tələbkar X8 ödənilməli olan 16800 (on altı min səkkiz yüz) manat pulun indeksasiyası aparılmalı və Borclu 1363,28 manat (bir min üç yüz altmış üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Borclu tərəfindən tələbkar X8 ödənilməli olan 17360 məbləğində aliment borcu indeksasiya edilsin və həmin məbləğdən əlavə olaraq Borclu 1363,28 manat (bir min üç yüz altmış üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X8 ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar