Məhkəmə qərarları › İş №8(004)-400/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-400/2022

23.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-400/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-325/2016 saylı və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9271/2019 saylı icra sənədlərinin aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilməsi barədə Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun xx.xx.2022-ci il tarixli qərarlarından tələbkar X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq” şəhərciyində yerləşən "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillələrinin hündürlük ölçülərinin eyni səviyyəyə çatdırılması və göstərilən pilləkən marşlarının üzlük daşlarla üzlənilməsi, binanın 2-ci girişində 3-cü liftin quraşdırılması, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yararlığının mütəxəssisələr tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilməsi, binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılması və normal işləməsinin təmin edilməsi, girişin pilləkən qəfəsinin bütün mərtəbələri normal səviyyədə işıqlandırılması, girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilməsi, pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən maydançalarında tavan və divarlarının tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16,17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrinin) və divarların tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16,17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin qaranlıq sahələrin ( dəhlizin sağ və sol hissəsi) daimi işıqlandırılması, binanın 2-ci girişində ümumi havalandırma sisteminin quraşdırılması ilə bağlı qüsurların (binanın qeyri-yaşayış obyeklərində çoxsaylı mətbəxlərin havasovuranının 2-ci girişin vintilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifəsi borclu "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9271/2019 saylı icra vərəqəsinə əsasən borclular "xxxx" MTK və rəhbəri X3 xx.xx.2013-cü il tanxlı "Xidmət müqaviləsi" üzrə "Kooperativin öhdəlikləri" yerinə yetirilənədək və Bak şəhən Yasamal Rayon Məhkəməsinin 03 06 2016-cı il tarixli qətnaməsi üzrə borclunun uzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2013-ci il tarixli, 55-05t25 saylı yanğın-texnıki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılanadək tələbkar X1 "kommunal xidmət" üzrə ödəniş tələb olunması qanunsuz hesab edilməli və kommunal xidmətlər üzrə borclu "xxxx" MTK-nın mühasibat sənədlərində tələbkarın adına hazırkı vaxta qədər hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsi qoyulmalıdır. Abdu!.ayeva Kimya Hənifə qızına məxsus Bakı şəhəri. Yasamal rayonu, 1028-cı məhəllə İzmir küçəsi, 9C. 2-ci giriş, 139 saylı mənzilə aid aylıq kommunal xidmət üzrə odənış məbləğinın necə müəyyənləşdirilməsi, "kommunal xidmətə" hansı xidmətlərin daxil olması, hər bır xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsi borclu ' Qranit' MTK-nın üzənnə qoyulmalıdır. Borclu "xxxx" MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində tələbkarın mülkiyyətiə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının geckməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və ruhum sənədlərin tələbkara verilməsindən imtina etməsi qanunsuz hesab edilməlidir. Kooperativin nizamnaməsinin, kooperativə üzvlük kitabçasının, tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin tələbkar X2 verilməsi vəzifəsi borclu "xxxx" MTK-ya həvalə edilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun xx.xx.2022-ci il tarixli qərarları ilə borclu "xxxx" MTK-nın fəaliyyətinin müvəqqeti dayandınlması, "xxxx" MTK-nın nşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının hazırda bina mənzillərinin mülkiyyətçilərinin təsisçisi olduğu "xxxx" MMMC tərəfindən idarə olunduğu və borclu X3 Bak şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olması əsas götürülərək, icra sənədləri üzrə icra tədbirlərinin davam etdirilməsi üçün ərazi aidiyyəti uzrə Bakı şəhən Nəsimi rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. Hazırda tələbkar X4 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov icraatında olan və üzun illər ərzində icra edilməyən, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 325/2016 saylı və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9271/2019 saylı icra sənədləri ilə bağlı icrada yol verilmiş səhlənkarlıqların və icra hərəkətlərinin natamamlığını ört-basdır etmək və məsuliyyətdən uzaqlaşmaq məqsədi ilə, iş materiallarını Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə, hüquqi əsassız, yalan məlumatlarla tərtib edilmiş xx.xx.2022ci il tarixli qərar qəbul etmişdir. Hesab edir ki. bu qərar qərəzli və qanunsuzdur.

1. Mübahisə predmeti olan mənzil Yasamal rayonu, Qırmızı Şərq, 1028-ci məhəllə, İzmir küçəsi, ev 9 C ünvanda yerləşir.

2. Ünvan üzrə mənzilə aid xx.xx.2013-cü il tarixli müqavilə, ünvan 2 ünvanda "xxxx" MTK-nın ofisində bağlanılmışdır.

3. Ünvan üzrə binaya və mənzilə aid kollektiv və ayrılıqda fərdi iddialarla bağlı çoxsaylı məhkəmə mübahisələrinə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsində baxılmışdır.

4. Borclu “Qranit" MTK-nın daimi fəaliyyətdə olduğu yer və icra yeri ünvan 3 ünvandadır.

5. Hazırkı icra vərəqələri üzrə bəzi icra hərəkətləri Yasamal rayon İcra və Probasiya şöbəsində icra edilmişdir. Göstərilən əsaslarla təsdiq edilir ki, Yasamal rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə icraata başladığı Yasamal rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016cı il tarixli və xx.xx.2020-ci il tarixli qərarı ilə icraata başladığı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi ərazi aidiyyatı üzrə Yasamal rayon İcra şöbəsinə aiddir. İş materiallarının Nəsimi rayon İcra şöbəsinə göndərilməsi, icranı mümkünsüz edən qərəzli hərəkətdir. Şərh olunanlara əsasən, Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi və icra vərəqələrinin icra olunması üçün aidiyyəti üzrə Yasamal rayon İcra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada xəbərdalıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun xx.xx.2022-ci il tarixli qərarları ləğv edilərək, Yasamal rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə Yasamal rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. Həmin Qanunun 10.3-cü maddəsinə görə isə, icra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara hüquqi qiymət verərək və tətbiq olunmalı qanunvericilik normalarına əsaslanaraq, hesab edir ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-325/2016 saylı və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9271/2019 saylı icra sənədləri ilə əsas borclu "xxxx" MTK olduğundan, icra sənədləri ilə X3 üzərinə heç bir öhdəlik qoyulmadığından, borclu "xxxx" MTK-nın daimi fəaliyyətdə olduğu yer və əmlakının olduğu yer ünvan 5 ünvanı olduğundan, icra vərəqələrinin icra olunması üşün Nəsimi rayon İcra şöbəsinə göndərilməsi barədə qərarlar əsassız hesab edilərək, ləğv edilməli, icra vərəqələri icra olunması üçün Yasamal Rayon İcra şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8-10-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-269-cu maddələrini rəhbər tutuaraq,

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-325/2016 saylı və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9271/2019 saylı icra sənədlərinin aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilməsi barədə Bakı Şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun xx.xx.2022-ci il tarixli qərarları ləğv edilsin və həmin icra sənədləri icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar