Məhkəmə qərarları › İş №8(004)-401/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-401/2023

22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-401/2023 22.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2021-ci il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2021-ci il tarixli qərarı ilə Yasamal rayon Məhkəməsinin 2(004)-17184/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikiasının Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar "xxxx" ASC xx.xx.2023-cü il tarixdə həmin qərardan məhkəməyə şikayət verərək, icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 17184/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş və Borclu xx.xx.2016-cı il tarixli, RBNPU-1230 saylı kredit müqaviləsi üzrə cəmi 927,91 ABŞ dolları məbləğində pulun alınaraq "xxxx" ASC-yə verilməsi qərara alınmışdır. İcra məmuru icra sənədinin geri qaytarılması barədə qərarını borclunun yaşadığı evə baxış keçirilməsi, lakin həmin ünvanda zəruri ev əşyalarından borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlakın aşkar edilmədiyi, həmçinin “Elektron icra” informasiya sistemi vasitəsilə aparılmış icra hərəkətləri nəticəsində borcluda tələbin yönəldə biləcəyi əmlak və gəlir aşkar edilməməsi və İcra haqqında qanunun 23.1.3-cü maddəsinə əsaslanaraq borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmurunun onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməməsini əsas gətirərək icra sənədini Yasamal rayon Məhkəməsinə qaytarmışdır. İcra sənədinin geri qaytarılması üzrə qərar barədə Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan məlum olmuş, bundan sonra xx.xx.2023-cü il tarixli qərarın banka təqdim edilməsinə dair növbəti məktubdan sonra qərar Yasamal Rayon İcra Şöbəsi tərəfindən banka təqdim edilmişdir. İcra məmurunun gətirdiyi əsas Azərbaycan Respublikasının İcra Haqqında Qanununun 23.1.3-cü maddəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, istinad etdikləri barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməmiş, "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmiş pul məbləğinin borcludan ümumi icra qaydasında tutulması üçün icra tədbirləri görülməmişdir. Bundan başqa məlumdur ki, Borclu "xxxx" MMC-də işləyir və aylıq gəlirləri vardır. Həmçinin bildirilmi.dir ki, icra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası İcra haqqında Qanunun 43.1.2, 43.1.3, 84-1-ci maddələrinə də riayət edilməmişdir. Borcluya, tələbkara və qərarı qəbul edən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclu, tələbkar və qərarı qəbul edən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, iş materiallarını və icra işi materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Yasamal rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, icra məmuru “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2021-ci il tarixli qərarında “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. İcra işi materialları məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən edilir ki, hazırkı icra sənədi üzrə isə icra məmurunun bütün tədbirləri görməsi öz təsdiqini tapmır. Belə ki, icra işi materiallarında olan - Bakı şəhər Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, "xxxx" MMC-də mühəndis vəzifəsində çalışan Borclu xx.xx.2021-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. - xx.xx.2021-ci il tarixli akta əsasən müəyyən edilir ki, icra məmuru X4 hal şahidləri X2 və X1 iştirakı ilə Borclu yaşadığı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 19, 72 ünvanında olmuş və həmin ünvanda zəruri ev əşyalarından başqa borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. - “Elektron icra” sistemindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, Borclu gəlirləri və mülkiyyətində olan daşınar və daşınmaz əmlakın mövcud olması barədə məlumat elektron sistemdə aşkar olunmamışdır. Qeyd olunanlara baxmayaraq, icra məmuru borclunun əmlakı və gəliri barəsində məlumatların əldə edilməsi, həmçinin icra sənədinin icrası iləəlaqədar olaraq borclunun icradan yayınmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər, məsələn onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s ilə bağlı qanunla nəzrədə tutulmuş mümkün olan digər zəruri tədbirləri görməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, icra məmurunun qərarı əsassız olduğundan ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar "xxxx" ASC-nin şikayəti təmin edilsin. Yasamal rayon Məhkəməsinin 2(004)-17184/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Yasamal rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin və icra tədbirləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar