Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-401/2024 29.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu əmlakının üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “Chevrolet Malibu” minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı və ”Opel Astra” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icrasına başlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2444 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, Borclu icra sənədi üzrə borcundan 2200 manat məbləğində pulu ödəmiş, qalan borcunu isə ödəməmişdir. Bu baxımdan Borclu əmlakının üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatının təmin olunmasını xahiş edir. İcra sənədi üzrə borcluya və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 2400 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44 manat pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilməsi barədə müvafiq bildiriş borcluya göndərilmişdir. Lakin borclu borcun ödənilməsini təmin etməmişdir. Elektron icra məlumatlarından müəyyən edilir ki, Borclu mülkiyyətində “Chevrolet Malibu” minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı və ”Opel Astra” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri var. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus ”Opel Astra” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, borclu 2444 manat borcundan 2200 manat ödəniş etmiş, qalıq borcun məbləği 244 manat təşkil edir və borcluya məxsus olan iki nəqliyyat vasitələrindən birinin üzərinə həbs qoyulması borcun ödənilməsini təmin etmək üçün yetərlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 50-ci maddələrini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan ”Opel Astra” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə, yəni - “Borclu mülkiyyətində olan “Chevrolet Malibu” minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması” hissəsində rədd edilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-401/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-401/2024
29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver