Məhkəmə qərarları › İş №8(004)-403/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-403/2023

03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-403/2023 03.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, X1 “məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 “məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin mənzilin 1 ay ərzində boşaldılması hissəsini 1 il müddətdə təxirə salınması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması hissəsi icra olunmuşdur. Halhazırda qətnamənin mənzilin açıq hərracda satılmasından sonra həmin mənzilin 1 ay ərzində boşaldılması hissəsi icra olunmaq mərhələsindədir. Cavabdeh Aytac Mehdiyeva qeyd edilən mənzildə 2 qız övladı ilə yaşayır. 1 övladı yetkinlik yaşına çatmamışdır, orta məktəbdə oxuyur. Digər qızı isə tələbədir, ali təhsil alır. Cavabdehin adında başqa əmlak yoxdur, onun başqa yaşayış yeri də yoxdur. Cavabdeh və övladları heç yerdə işləmirlər, hal-hazırda maddi vəziyyətləri acınacaqlı vəziyyətdədir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin nümayəndəsinin, borclu və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hesab olunur ki, qeyd olunan tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane deyildir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Tələbkar BOKT Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 18 iyun 2020-ci il tarixli, 2020/00148-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X3 59.100 manat əsas borc, 43.202,10 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 103.302,10 manat məbləğində borc, təkrar ekspertiza tədqiqatının dəyəri olaraq 400 manat məbləğində pul vəsaiti və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Tələbkar BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin cavabdeh X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 nömrəli, 5 mərtəbəli binada 31.6 kv.m sahədən ibarət 2 otaqlı 16 saylı mənzil və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 nömrəli, 5 mərtəbəli binada 31.6 kv.m sahədən ibarət 2 otaqlı 16 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin ilkin satış qiyməti 124.000 manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 nömrəli, 5 mərtəbəli binada 31.6 kv.m sahədən ibarət 2 otaqlı 16 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh X5 verilməsi, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 nömrəli, 5 mərtəbəli binada 31.6 kv.m sahədən ibarət 2 otaqlı 16 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin mövcud borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh X3 tutulması, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 nömrəli, 5 mərtəbəli binada 31.6 kv.m sahədən ibarət 2 otaqlı 16 saylı mənzil və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzilin 1 ay ərzində boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizə ilə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunverici, qətnamənin icrasına möhlət verməyi və ya onun hissəhissə icra etdirməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion prinsipi məhdudlaşdırdığına, eləcə də tələbkar(lar)ın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə ərizələrin təmini müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının pozulmasına yönəlməməlidir. Hazırkı işdə X1 ərizəsində istinad etdiyi hallar icra sənədi üzrə qətnamənin icrasına möhlət verilməsi üçün kifayətedici əsas deyil. Habelə X2 məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və ərizəsini əsaslandırmamışdır. Əks yanaşma məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olardı. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə hesab edir ki, icra sənədinin borclunun təklif etdiyi şəkildə icra olunması açıq-aşkar tələbkarın mənafeyinə zidd olduğundan, təmin oluna bilməz. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X1 “məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi” barədə ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar